
'Apple' şirkəti online qəzet köşkü olan Texture servisini aldı
Elm & Texnologiya
13.03.2018
Emil
Fake xəbərlər və viruslu mənbələr arasında “Apple” şirkəti insanlara etibarlı məlumat vermək qərarına gəlib.
Bu səbəblə şirkət Texture adlı
virtual qəzet köşkü servisini alıb. Qeyd etmək lazımdır ki, bu servis 9.99$ abunəlik
haqqı əvəzində dünyanın ən nüfuzlu nəşriyyatlarının jurnal və qəzetlərini
(National Geographic, The New Yorker və s.) təqdim edir. “Biz şadıq ki, Apple-a
nəinki Texture həmdə dünyanın aparıcı nəşriyyatlarından olan jurnallar kataloqu
da birləşəcək. Biz jurnalistikanı yüksək səviyyədə dəstəkləmək, yoxlanılmış mənbələrdən
məlumatların yığılmasını istəyirik. Bunun sayəsində jurnallar istifadəçilər
üçün gözəl, həyəcanlandırıcı hekayələr hazırlaya bilərlər” – deyə şirkət
bildirib.

Texture virtual jurnalı 2010-cu ildən fəaliyyət göstərir. Layihə digər
rəqəmsal qəzet köşklərinin hələ bazarları fəth etdikləri bir vaxtda istifadəyə
verilmişdi. Günümüzdə Texture-un hansı sayda istifadəçi kütləsinə sahib olduğu
tam dəqiq bilinmir. 2014-cü ildəki məqalələrin birində bu göstərici 150.000
istifadəçi kimi qeyd olunmuşdu. Lakin 2016-cı ildə sözügedən göstəricinin bir
neçə yüz min təşkil edildiyi bildirilmişdi. Görünür, bu layihənin alınmasının əsas
məqsədi Apple News-dur. Belə ki, şirkət artıq Apple News vasitəsilə müxtəlif kənar
kontentləri istifadəçilərə təqdim edir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
