Apple şirkəti öz avtomobilinin salon dizaynını hazırlamağa başlayıb

Apple şirkəti öz avtomobilinin salon dizaynını hazırlamağa başlayıb

Texnologiya
23.07.2019 PAYLAŞIM

    Apple şirkəti Tesla-nın avtomobil salonunun interyeri ilə eksteryerinin keçmiş rəhbəri Steve MacManus-u özünə cəlb edib. Bu barədə Bloomberg saytına istinadən Macdigger saytı xəbər verib. Onun LinkedIn hesabına əsasən o, Apple şirkətində baş direktor vəzifəsində işə düzəlib. Lakin LinkedIn-də onun hansı şöbənin baş direktoru vəzifəsinə keçdiyi barəsində bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, Steve MacManus 2015-ci ildən bəri Tesla şirkətində çalışıb.

    Daha öncə isə o, Jaguar Land Rover, Bentley MotorsAston Martin kimi şirkətlərdə çalışıb. Apple şirkətinin özünün avtopilot sistemli avtomobili üzərində çalışdığı barəsində şayiələr artıq uzun zamandır ki, internetdə gəzir. TFI şirkətinin məşhur analitiki Ming-Chi Kuo-nun proqnozlarına əsasən şirkət Project Titan kod adına sahib nəqliyyat növünü 2023-2025-ci illər arası təqdim edəcək. Bu ilk hal deyil ki, Apple şirkəti Tesla-nın keçmiş işçisini özünə cəlb edir. Hələ keçən il Tesla-nın idarəetmə sistemləri üzrə keçmiş vitse-prezidenti və avtomobillər üzrə baş mühəndisi Apple şirkətinə keçmişdilər.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Alimlər məlumatların DNT-yə yazılması və saxlanması sahəsində böyük irəliləyişə ..

Məlumatların bioloji üsullar vasitəsilə yazılması və ötürülməsi heç də sürətli bir proses deyil...


Snapdragon 8 Gen 1 prosessorlu smartfonların ön kameraları daimi şəkildə aktiv o..

Snapdragon 8 Gen 1 prosessoruna sahib olacaq smartfonların ön kameraları daimi şəkildə aktiv olacaql..


Alimlər duz dənəciyi ölçüsündə rəngli HD kamera yarada biliblər

Prinston və Vaşinqton Universitetlərindən olan alimlər duz dənəciyi ölçüsündə kamera yarada biliblər..


Yeni Snapdragon 8 Gen 1 flaqman mobil prosessoru təqdim olunub

Baş vermiş çoxlu sayda məlumat sızıntısından sonra Qualcomm şirkəti sonunda özünün yeni flaqman pros..


Çindən olan kriptovalyuta maynerləri Qazaxıstanda elektrik enerjisi kəsintilərin..

2021-ci ilin əvvəlindən başlayaraq Çin hökuməti Çində kriptovalyuta mayninqi ilə mübarizə aparmağa b..


Alimlər öz kopyalarını istehsal edə bilən və PacMan-a bənzəyən bioloji ksenobotl..

Beynəlxalq alimlər komandası mikroskopik ölçüdə olan canlı orqanizmlər yarada biliblər. Yaradılmış o..

×