Apple şirkəti öz videoservisi vasitəsilə ildə 10 milyard dollar gəlir əldə edə bilər

Apple şirkəti öz videoservisi vasitəsilə ildə 10 milyard dollar gəlir əldə edə bilər

Texnologiya
13.03.2019 PAYLAŞIM

    Wedbush şirkətinin analitiklərinin fikrincə Apple şirkətinin istifadəyə verəcəyi videoservis şirkət üçün böyük əlavə gəlir mənbəyinə çevrilə bilər. Onların hesablamalarına əsasən şirkət öz videoservisi üçün 100 milyon istifadəçi abunəliyi yığa bilsə, deməli şirkətin illik gəliri 7-10 milyard dollar arta bilər. Bu barədə Macdigger saytı xəbər verib. Ola bilər ki, şirkət öz videoservisindən illik 10 milyard dollar gəlir göstəricisinə 2024-cü ilə kimi nail ola bilsin.

    Analitiklər həmçinin qeyd ediblər ki, bu, brendə olan loyallıqdan və istifadəçilərin kontent tələbatlarından asılı olacaq. Wedbush analitiklərindən biri güman edir ki, Apple şirkəti A24, Linsgate, Sony Pictures, CBS/Viacom, NetflixMGM kimi şirkətlərin alışı ilə məşğul ola bilər. Bununla yanaşı analitik qeyd edib ki, Apple sadalanmış şirkətlər ilə artıq kiçikmiqyaslı əməkdaşlıqlara başlayıb. Buna misal olaraq Apple şirkəti ilə A24-ün birgə istehsalı olan filmi gətirmək olar. Proqnozlara əsasən Apple şirkəti öz videoservisinə aylıq abunəlik haqqından 25-35%-ni özü üçün götürəcək.

Bənzər xəbər



    Hal hazırda məlumdur ki, Apple şirkəti oijinal kontentin hazırlanması üçün 1 milyard dollar investisiya yatırıb. Buna baxmayaraq bu göstərici rəqiblərin etdikləri investisiya göstəriciləri ilə müqayisədə dəhşətli dərəcədə kiçikdir. Məsələn Netflix təkcə 2018-ci ildə kontent hazırlanması üçün 13 milyard dollar vəsait xərcləmişdi. Analitiklər düşünürlər ki, Apple şirkəti öz videoservisini 25 mart tarixindəki təqdimetmə tədbirində təqdim edəcək. Buna görə də həmin tədbirdə bir sıra Hollywood ulduzlarının da iştirak edəcəyi güman edilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk: 'Tesla Bot robotu əmək bazarında insanları əvəz edə biləcək'

The Wall Street Journal tərəfindən keçirilmiş xüsusi tədbirdə çıxış etmiş Elon Musk müxtəlif sahələr..


Məşhur analitik: 'Apple artıq AR cihazının ikinci nəsli üzərində çalışır'..

Apple şirkətinin ilk AR cihazı (Artırılmış Reallıq) barəsində məlumatların hələ ki, yalnız analitikl..


Huawei 5G smartfonlar üçün nəzərdə tutulmuş yeni fərdi prosessorlarını yaradacaq..

Huawei şirkətinin Avropadakı istehlakçı şöbəsinin rəhbəri Derek Yu şirkətin öz smartfon biznesinin i..


İsveçrə hökuməti intihar etmək üçün nəzərdə tutulmuş xüsusi kapsulların istifadə..

Exit International şirkəti intihar etməkdə yardımçı olmaq üçün nəzərdə tutulmuş xüsusi kapsulların h..


Apple şirkətinin ilk AR cihazının əsas özəllikləri barəsində məlumatlar verilib..

Ortaya çıxmış bir çox məlumata əsasən Apple şirkəti gələn il özünün ilk AR cihazını (Artırılmış Real..


Nəyə görə Qualcomm-un yeni prosessoru Snapdragon 8 Gen 1 adını əldə edib?..

Keçən həftə Qualcomm şirkəti Snapdragon 8 Gen 1 adlı yeni flaqman prosessorunu təqdim etmişdi...

×