Apple şirkəti peyk texnologiyaları üzərində çalışan gizli komanda yaradıb

Apple şirkəti peyk texnologiyaları üzərində çalışan gizli komanda yaradıb

Texnologiya
22.12.2019 PAYLAŞIM

    Bloomberg saytı öz mənbələrinə istinadən xəbər verib ki, Apple şirkəti peyk texnologiyaları ilə maraqlanmağa başlayıb. Ola bilər ki, şirkət fərdi texnoloiyaları vasitəsilə naqilsiz şəbəkə operatorlarından asılılığını azaldaraq  məlumatları öz cihazlarına ötürsün və ya cihazlarını ənənəvi şəbəkə olmadan bir-biri ilə əlaqələndirsin. Bu sahədə şirkətin konkret istiqaməti müəyyənləşdirilməyib.

    Lakin nəzəri cəhətdən bu üsulla şirkət şəbəkə operatorları və provayderlərdən asılılığını azalda, yaxşı internet şəbəkəsinin olmadığı rayonlarda öz cihazlarını internet şəbəkəsi ilə təmin edə, cihazların yerləşdikləri yerləri daha dəqiq şəkildə təyin edə və öz kartoqrafik servislərini yaxşılaşdıra bilər. Bu halda şirkətin öz peyklərini istifadəyə verib-verməyəcəyi və ya artıq mövcud olan peyk provayderlərinin təchizatlarından istifadə edib-etməyəcəyi bilinmir.


    Məlumata əsasən Apple şirkətinin yaratdığı yeni komandaya 10 mütəxəssis daxil olub. Sözgüedən layihəyə isə Michael TrelaJohn Fenwick rəhbərlik edirlər. Onlar Google şirkətinin keçmiş mühəndisləridir və bir neçə il bundan öncə Apple şirkətinə keçid ediblər. Layihə hələ ilkin mərhələdədir və bəlkə də istənilən zaman bağlana bilər. Buna baxmayaraq Apple şirkətinin CEO-su Tim Cook bu layihəyə böyük maraq göstərir. Plana əsasən şirkətin bu texnologiyası 5 ildən sonra hazır olacaq. Qeyd etmək lazımdır ki, bu sahəyə həmçinin SpaceX, Amazon Facebook şirkətləri də böyük maraq göstərirlər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...


Yeni naqilsiz neyrointerfeys fikir gücü vasitəsilə planşetdən istifadə etməyə im..

Alimlərdən ibarət komanda beyin siqnallarının naqilsiz ötürülməsi imkanını verən yeni neyrointerfeys..


Xiaomi ilə OPPO fərdi prosessor istehsalını işə salacaqlar

Ortaya çıxmış məlumata əsasən smartfon istehsalçıları olan Xiaomi və OPPO özlərinin 5G prosessorları..


Neuralink şirkəti fikir gücü vasitəsilə ping-pong oynayan meymunun videosunu təq..

Elon Musk-ın Neuralink startapı özünün neyrointerfeysinin son versiyasının imkanlarını sərgiləyib...


Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin keçirtmiş olduğu irimiqyaslı təqdimat tədbiri çərçivəs..

×