main-post-cover

    Apple şirkəti qatlana bilən smartfonların əsas problemlərini həll edəcək texnologiyanın patentini aldı

    Elm & Texnologiya
    25.04.2020
    Farid Pardashunas
        Son 1 il ərzində satışa çıxmış qatlana bilən smartfonların 1 böyük mənfi cəhətləri var. Onların hamısının qatlanma hissələrində ekran çox kövrək olur. Belə ki, çoxlu sayda edilmiş qatlanma prosesindən sonra ekranlar deformasiyaya uğrayırlar və onların üzərlərində çatlar əmələ gəlir. Apple şirkətinin yeni patentində isə bu problemin həlli əks olunub. Bu barədə Patentlyapple.com saytı xəbər verib..
        Sözügedən problemin həlli kimi xüsusi qoruyucu laylardan istifadə məsləhət görülür. Bu baxımdan Apple şirkəti bir neçə variant hazırlayıb. Onların arasında qoruyucu lay strukturunun yaradılması üçün altlıq hissəsinin üzərinə bərk örtüyün yerləşdirilməsi var. Bu halda bu cür örtük uzunmüddətli yüklənmələrə tab gətirərək çoxlu qatlanma proseslərinə dözə biləcək. Apple mühəndislərinin fikirlərinə əsasən bu cür ekranların zədələnməsi mikroçatların əmələ gəlməsi hesabına baş verir.
        Apple şirkətinin yeni patentində isə bərk qoruyucu lay əmələ gələn çatların arasına dolur və beləliklə yeni çatların əmələ gəlməsinin qarşısını alır. Patent sorğusuna əsasən bu texnologiya smartfonlarda, smart saatlarda, televizorlarda, noutbuklarda, planşetlərdə və monobloklarda tətbiq edilə bilər. Bu patentin Apple şirkətinin qatlana bilən smartfonlar barəsində ilk patenti olmadığını nəzərə alsaq, güman etmək olar ki, sözügedən texnologiya şirkətin gələcəkdəki qatlana bilən iPhone və ya iPad modelində reallaşdırılsın.
    Linki kopyala