Apple şirkəti VR cihaz üzərində çalışır: Bu VR cihaz nə zaman təqdim oluna bilər?

Apple şirkəti VR cihaz üzərində çalışır: Bu VR cihaz nə zaman təqdim oluna bilər?

Texnologiya
22.01.2021 PAYLAŞIM

    Apple şirkəti VR cihaz üzərində çalışır və onu 2022-ci ildə satışa çıxarda bilər. Bu barədə Bloomberg saytı xəbər verib. Məlumata əsasən Apple öz VR cihazı vasitəsilə Facebook-un Oculus, Sony-nin Playstation VR HTC-nin VR cihazları ilə rəqabət aparmaq niyyətindədir. Qeyd etmək lazımdır ki, adları sadalanmış brendlərin VR cihazlarının qiymətləri 300$-900$ təşkil edir. Məlumatda qeyd edilib ki, Apple şirkətinin VR cihazı daha baha qiymətə satılacaq.

    Məlumata əsasən çətin ki, Apple şirkətinin hər bir mağazası gün ərzində bir VR cihazdan çoxunu sata bilsin. Şirkət bütün dünya üzrə 500-ə yaxın mağazaya sahibdir. Bloomberg-in hesablamalarına əsasən şirkətin VR cihazının illik satış göstəricisi 180.000 ədəd olacaq. İnsayderlər qeyd ediblər ki, Apple şirkətinin VR cihazında çox güclü prosessordan istifadə olunacaq və o, performans baxımından Apple M1-i geridə qoyacaq.


    Bununla yanaşı VR cihaz soyutma sistemi ilə də təchiz olunacaq. Cihazın çəkisini aşağı salmaq üçün şirkət istifadəçi üzü ilə cihaz arasındakı boşluğu aradan qaldıracaq. VR cihazlarda bu boşluq adətən eynəkdən istifadə edən istifadəçilər üçün nəzərdə tutulur. Cihazın çəkisinin aşağı salınması üçün şirkət həmçinin onun dizaynında parça materialdan istifadə edəcək. Güman olunur ki, sözügedən VR cihaz batareya vasitəsilə çalışacaq və kompüterə qoşulmağa ehtiyac duymayacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm Snapdragon 895 prosessoru bar'sində ilk məlumatlar verilib

Qualcomm hələ özünün yeni nəsil Snapdragon prosessorunu təqdim etməsə də insayderlər artıq onun barə..


Xiaomi Mi Band 6-da vasitəsilə messencerlərdəki mesajlara cavab vermək funksiyas..

Xiaomi şirkəti Mi Band 6 smart qolbağına hamının çoxdan gözlədiyi funksiyanı daxil etməyi planlaşdır..


Starlink bu ilin sonuna kimi internet sürətini 2 dəfə artıracaq

Bahalı qlobal peyk interneti layihəsi olan Starlink ilk istifdəçiləri saniyədə 50-150 Mbit internet ..


OPPO enerjini hava vasitəsilə ötürən Wireless Air Charging adlı naqilsiz şarj te..

Keçən ayın sonunda Xiaomi və Motorola şirkətləri özlərinin yeni nəsil naqilsiz şarj texnologiyaların..


Apple iPad modellərinin birindən imtina edə bilər

Son illərdə planşetlərə tələbat getdikcə azalır.


Xiaomi fərdi elektromobil istehsalı haqqında yayılmış məlumatlara aydınlıq gətir..

Bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi şirkəti fərdi elektromobil istehsalını p..

×