main-post-cover

    Apple şirkəti Watch 7-dəki vacib funksiyanın digər tətbiqdən kopyalamaqda günahlandırılır

    Elm & Texnologiya
    15.09.2021
    Emil Nəcəfov
        Apple şirkətinin öz yeni məhsullarını təqdim etməsindən sonra Kosta Eleftheriou adlı tərtibatçı Apple ilə məhkəmədə görüşəcəyini bildirib. Belə ki, onun sözlərinə əsasən Apple ilk növbədə onun tətbiqini App Store-dan silib və daha sonra tətbiqdəki funksiyanı Watch Series 7 smart saatı üçün kopyalayıb. Qeyd etmək lazımdır ki, sözügedən smart saat modelinin təqdimatı zamanı Apple bildirmişdi ki, Watch Series 7-də mesajlara swype etməklə cavab vermək mümkün olacaq. Bu ilin mart ayında Apple şirkəti Kosta-nın FlickType adlı tətbiqini App Store-dan silmişdi. Onun yaratdığı FlickType adlı tətbiq məhz yuxarıda qeyd edilmiş funksiyanı yerinə yetirirdi. Tətbiqin App Store-dan silinmə səbəbi kimi Apple tətbiq interfeysinə olan tələblərin guya yerinə yetirilməməsini qeyd etmişdi.
    FlickType tətbiqi məsələsində Apple tərəfindən Kosta-ya göndərilmiş məktub:
        Tərtibatçının sözlərinə əsasən daha əvvəllər şirkət sözügedən tətbiqin alınması üçün ona müraciət edib. Lakin Kosta bu təklifdən imtina edib. Məhz bu imtinadan sonra problemlər yaranmağa başlayıb. Məsələn tətbiqin App Store-dakı səhifəsində neqativ rəylər ortaya çıxmağa başlamışdı. Nəticədə tərtibatçı öz tətbiqinin Apple tərəfindən kopyalanmasına və ədalətsiz rəqabətə görə şirkəti məhkəməyə verməyi planlaşdırır.
    Linki kopyala