
Apple şirkəti sonunda özünün yaz tədbirinin tarixini rəsmi olaraq elan etdi. Beləliklə şirkətin yaz tədbiri 25 mart tarixində Kupertinodakı Steve Jobs adına teatrda baş tutacaq. Sızdırılmış məlumatlara inansaq, Apple şirkəti həmin təqdimat tədbiri çərçivəsində 10 düym ekrana sahib yenilənmiş iPad modelini, 5-ci nəsil iPad Mini modelini, qırmızı rəngli gövdəyə sahib iPhone XS-i və yeni model iPod Touch-ı təqdim edəcək.
Şərh yoxdur