
Apple şirkəti yeddinci nəsil iPod Touch üzərində çalışır
Elm & Texnologiya
15.01.2019
Emil
Yaponiyanın məşhur Macotakara saytı Apple şirkətinin 2019-cu il üçün bəzi planları barədə məlumatlar verib. Beləlikə CES 2019 sərgisində olmuş bəzi istehsalçıların məlumatlarına əsasən Apple şirkəti yeddinci nəsil iPod Touch üzərində çalışır. Güman edilir ki, yeni iPod Touch böyük ölçülü ekrana və Touch ID texnologiyasına sahib olacaq. İndi satışda olan iPod Touch modeli 4 düym ekranla təchiz olunur.
Lakin yeni iPod Touch modelində ənənəvi 3.5 mm-lik audiogirişin olub-olmayacağı hələki bilinmir. Bundan əlavə olaraq Macotakara saytı həmçinin bu il təqdim ediləcək iPhone modelləri barəsində də bəzi məlumatları verib. Beləliklə saytın verdiyi məlumata əsasən bu ilki bütün iPhone modellərində Lightning girişi USB-C ilə əvəz ediləcək. Lakin smartfon üzərində çalışan şəxslərin verdikləri məlumata əsasən şirkət hələki buna tam qərar verməyib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
