'Apple' şirkəti, yeni iMac və MacBook modellərini təqdim edib

'Apple' şirkəti, yeni iMac və MacBook modellərini təqdim edib

Texnologiya
06.06.2017 PAYLAŞIM

“Apple” şirkəti, WWDC 2017 tədbirində iMac Pro kompüterini və keçmiş monoblokların yenilənmiş versiyalarını təqdim edib.

Təbii ki, yeni iMac-lar təkcə ekran təkmilləşdirilməsindən başqa həmçinin 7-ci nəsil Intel Kaby Lake prosessorları ilə də təchiz olunub. Bu prosessorlar isə öz növbəsində istifadəçilərə yüksək texniki performans təqdim edəcəklər. Bundan əlavə olaraq 21.5 inç ekrana sahib versiya, 32 GB RAM, 27 inç ekrana sahib versiya isə 64 GB RAM-a sahibdir. 27 inç-lik iMac versiyasına gəldikdə, ona Fusion Drive texnologiyası tətbiq olunub. Bu texnologiya, HDD ilə SDD-nin birləşməsinə imkan verir. Bundan əlavə olaraq həmin modelə 3 ədəd Thunderbolt 3 girişi əlavə olunub. iMac-in hər bir konfiqurasiyası qrafik cəhətdən böyük addımlar edib. Məsələn 21.5 inç-lik versiya, Intel Iris Plus Graphics 640 videokartı ilə təchiz olunub. Bu isə keçmiş modeldən 80% daha sürətlidir.


 

Adi iMac versiyasından əlavə olaraq “Apple” şirkəti, 21.5 inç-lik Retina 4K ekranlı iMac-ı da təqdim edib. Bu versiya iMac, 4 GB-lıq Radeon Pro 555/560 videokartı ilə təchiz olunub. 27 inç-lik iMac Retina 5K versiyası isə 8 GB-lıq Radeon 570/575/580 videokartı ilə təchiz olunub. Şirkət qeyd edib ki, yüksək performanslı modellər əsasən professional istifadəçilər üçün nəzərdə tutulub. O istifadəçilər hansılar ki, məsələn VR kontent yaratmaq ilə məşğul olurlar. Ən əsas modeli isə şirkət bir qədər axıra saxladı. Söhbət iMac Pro modelindən gedir. Bu model iMac seriyasında olan ən güclü versiyadır. iMac Pro modelini təqdim edərkən şirkət bildirib ki, bu modeldə soyutma sistemi tamamilə təkmilləşdirilib. Bunun sayəsində iMac Pro, istifadəçini inanılmaz dərəcədə yüksək texniki performans ilə sevindirəcək. iMac Pro, 8/10/18 nüvəli Xeon prosessoru, 18 GB videoyaddaş, 128 GB ECC yaddaş və 3 ədəd Thunderbolt 3 girişi ilə təchiz olunacaq. 21.5 inç-lik iMac, 1099$-a, 21.5 inç-lik Retina 4K ekrana sahib iMac, 1299$-a, 27 inç-lik Retina 5K ekrana sahib iMac isə 1799$-a satılacaq. Bununla yanaşı 5K ekranlı və 8 nüvəli prosessorlu iMac Pro modeli, 4499$-a başa gələcək. iMac Pro modeli bu ilin Dekabr ayında satışa çıxacaq.

Yenilənmiş iMac modellərindən başqa “Apple” şirkəti həmçinin yeni MacBookMacBook Pro modellərini də təqdim edib. Sözügedən modellərin yeni versiyaları daha əvvəl də söz verildiyi kimi 7-ci nəsil Intel Core Kaby Lake prosessorlarına sahibdirlıər. Bunun sayəsində yeni cihazlar 50% daha sürətli çalışırlar. 15 inç-lik MacBook Pro modeli isə indi daha yüksək keyfiyyətli qrafikaya sahibdir. Adi MacBook, 1299$-a, 13 inç-lik MacBook Pro, 1499$-a, Touch Bar-a sahib 13 inç-lik MacBook Pro, 1799$-a, Touch Bar-a sahib 15 inç-lik MacBook Pro isə 2399$-a satılacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×