
Apple şirkəti yenilənmiş MacBook Pro modellərini təqdim etdi
Elm & Texnologiya
12.07.2018
Emil
Apple şirkəti heç bir anons və təqdimat keçirtmədən MacBook
Pro noutbooklarını yenilədi. Dəyişikliklər yalnız 13 və 15 inç ekranlı (Touch
Bar texnologiyalı) MacBook Pro modellərini əhatə edib. Yeni modellər daha güclü
prosessor, yeni nəsil klaviatura, TrueTone texnologiyalı Retina ekran və
böyüdülmüş batareya həcmi təqdim edirlər. Bütün bu dəyişikliklər isə təbii ki,
sözügedən noutbook modellərinin qiymətlərinə təsir ediblər. Yenilənmiş MacBook
Pro modellərinin qiymətləri əvvəlki kimidir (1799$ və 2399$). Lakin bu qiymətlər
noutbookların baza komplektlərinə aiddirlər.

Belə ki, Apple şirkəti həmişə öz
modellərinin daha təkmilləşdirilmiş versiyalarını da təqdim edir. Məsələn 32 GB
RAM-a sahib versiya üçün əlavə olaraq 400$ ödəmək lazım gələcək. 4 TB-lıq PCIe
SSD yaddaşlı versiya isə 3200$ dəyərində qiymətləndirilir. Lakin gəlin hər iki
modellərin ilk olaraq texniki göstəricilərinə nəzər salaq. Beləliklə 15 inç
Retina ekrana sahib MacBook Pro modeli 6 nüvəli Intel Core i7 / Intel Core i9
(Turbo Boost rejimində 4.8 GHz tezliyə kimi çalışma) prosessoru, 4 GB GDDR5 videoyaddaşlı
Radeon Pro 560X videokartı, 32 GB-a kimi RAM dəstəyi, 4 TB-a kimi daxili yaddaş
dəstəyi, Touch Bar sensoru, Touch ID barmaq izi skanı texnologiyası, Thunderbolt
3 dəstəkli 4 ədəd USB Type-C girişi və Siri səsli köməkçisini idarə etmək üçün əlavə
Apple T2 xüsusi çipi ilə təchiz olunub. Bu modelin qiyməti 6699$ təşkil edir.

13 inç Retina ekrana
sahib MacBook Pro modeli isə 4 nüvəli Intel Core i5 / Intel Core i7 prosessoru
(Turbo Boost rejimində 4.8 GHz tezliyə kimi çalışma), Intel Iris Plus Graphics
655 videoqrafikası, 16 GB-a kimi RAM dəstəyi, 2 TB-a kimi SSD yaddaş dəstəyi,
Touch Bar sensoru, Touch ID barmaq izi skanı texnologiyası, Thunderbolt 3 dəstəkli
4 ədəd USB Type-C girişi və Siri səsli köməkçisinin idarə olunması üçün əlavə
Apple T2 xüsusi çipi ilə təchiz olunub. Bu modelin qiyməti 1800$ təşkil edir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
