Apple şirkətinin böyük ölçülü qulaqlıq modelinin adı və qiyməti barəsində məlumat verilib

Apple şirkətinin böyük ölçülü qulaqlıq modelinin adı və qiyməti barəsində məlumat verilib

Texnologiya
11.05.2020 PAYLAŞIM

    Artıq bir neçə aydır ki, internetdə ortaya çıxan məlumatlara əsasən Apple şirkəti öz brendi altında böyük ölçülü qulaqlıq üzərində çalışır. İndi isə məşhur insayder Jon Prosser sözügedən qulaqlıq barəsində yeni məlumat verib. Bu barədə Gagadget saytı xəbər verib. Onun sözlərinə əsasən Apple şirkətinin yeni böyük qulaqlıq modeli B515 kod adına sahibdir.

    Lakin bazara o, AirPods Studio adı ilə satışa çıxa bilər. Beləliklə bu, şirkətin Beats brendi altında olmayan ilk böyük qulaqlıq modeli olacaq və onun adında Studio sözünün olması o deməkdir ki, sözügedən qulaqlığın səs keyfiyyəti çox yüksək olacaq. Jon Prosser-in sözlərinə əsasən AirPods Studio modeli 349$ qiymətində satılacaq.


    Bu cür qiymət göstəricisi isə onu Sony Bose şirkətlərinin böyük ölçülü qulaqlıq modellərinin rəqibi edir. Bundan əlavə olaraq AirPods Studio qulaqlığında modul konstruksiyasının, ətraf səs-küyün boğulması sisteminin və Siri səsli köməkçisinin dəstəyinin olacağı gözlənilir. AirPods Stuido qulaqlığı iyun ayında keçiriləcək WWDC 2020 tədbirində təqdim oluna bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər s..

Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq..


Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i..

Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik ç..


Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumat..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 proses..


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..

×