
Apple şirkətinin cihazları bir-birilərini şarj edə biləcəklər
Elm & Texnologiya
11.04.2020
Emil
Sonuncu nəsil Android smartfonlar ikitərəfli şarj texnologiyasına sahibdirlər. Bu texnologiya vasitəsilə onlar digər cihazları şarj edə bilirlər. Görünür, Apple şirkəti də bu texnologiyaya maraq göstərir. Lakin Apple sözügedən texnologiyanı bütün ekosistem səviyyəsində reallaşdırmağı planlaşdırır. Bu barədə Patentlyapple saytı xəbər verib. Şirkətin patentinə əsasən MacBook gövdəsinin daxilinə çoxlu sayda induksiya qurğularının yerləşdirilməsi planlaşdırılır. Bu üsul ilə iPhone və Apple Watch cihazlarını MacBook-un touchpadından sol və sağ hissələrə yerləşdirərək onları şarj etmək olar.

Əlavə maqnit qurğular isə MacBook-un üzərinə yerləşdirilmiş cihazları təyin edəcək ki, onlar düzgün yerdə yerləşsinlər. Bununla yanaşı smartfonları hətta MacBook-un qapağının üzərinə qoyaraq da şarj etmək mümkün olacaq. Şirkətin patentində eyni texnologiyanın iPad planşetində də istifadəsi əks edilib. Bu halda planşet digər cihazlara enerjini öz ekranından ötürəcək.

Beləliklə Apple Watch-u iPhone-nun üzərinə, iPhone-nu iPad-in üzərinə, iPad-i isə MacBook-un üzərinə qoymaq olar. Bu halda enerji bir cihazdan digər cihaza ötürüləcək. Patentdə əks olunmuş məlumatda qeyd edilib ki, induksiya qurğularındakı enerji noutbukun və ya planşetin elektrik girişinə qoşulu olub-olmamasından asılı olaraq ya birbaşa enerji şəbəkəsindən ya da cihazın batareyasından ötürülür. Sistem özü hansı cihazın şarj prosesinə ehtiyac duyduğunu təyin edir və avtomatik olaraq aktivləşir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
