
Apple şirkətinin ilk avtomobili adi istifadə üçün olmaya bilər
Elm & Texnologiya
05.02.2021
Emil
Görünür, Apple şirkəti fərdi avtomobil istehsalı məqsədinə yavaş-yavaş irəliləyir. Avtomobilin təqribi təqdimat tarixi bilinməsə də internetdə bu layihə ilə bağlı məlumatlar ortaya çıxmağa davam edir. Dünən məlumat ortaya çxmışdı ki, Apple fərdi avtomobil istehsalı məsələsində Kia Motors ilə əməkdaşlıq edəcək və avtomobilin özü E-GMP platforması əsasında qurulacaq. CNBC saytının verdiyi məlumata əsasən isə Apple şirkətinin ilk avtomobilində idarəetmə sistemi ümumiyyətlə reallaşdırılmayacaq.
Başqa sözlə desək, avtomobildə sükan olmayacaq. Bu isə o deməkdir ki, Apple avtomobili tamamilə avtopilot sisteminə sahib ola bilər. “İlk Apple Cars modeli sükan arxasında sürücünün iştirakı imkanından məhrum olacaq. Bu, avtonom sistemli elektromobil olacaq və biznes üçün nəzərdə tutulacaq” - deyə CNBC saytı qeyd edib. Bu cür bəyanatdan belə qənaətə gəlmək olar ki, Apple elektromobili ilkin mərhələdə ərzaqların, müxtəlif yüklərin daşınması və pilotsuz taksi xidmətlərini təklif edəcək təşkilatlar üçün nəzərdə tutulacaq. Gözləntilərə əsasən Apple elektromobili 2025-ci ildə işıq üzü görəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
