main-post-cover

    Apple şirkətinin ilk elektromobili barəsində yeni məlumatlar verilib

    Elm & Texnologiya
    07.12.2022
    Farid Pardashunas
        İnternetdə artıq dəfələrlə Apple şirkətinin Titan adlı layihəsi barəsində məlumatlar ortaya çıxıb. Sözügedən layihə Apple şirkətinin ilk elektromobilini əhatə edir. Bloomberg saytının verdiyi məlumata əsasən şirkətin ilk elektromobili gözlənildiyindən bir qədər gec satışa çıxacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, Apple öz ilk elektromobilində tam funksional avtopilot sistemindən imtina edəcək. Lakin bununla belə onun qiyməti 100 000$-dan daha aşağı olacaq. Beləliklə Bloomberg qeyd edib ki, Apple elektromobili 2026-cı ildən tez satışa çıxmayacaq. Daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, Apple elektromobili 2025-ci ilə qədər satışa çıxartmağı planlaşdırır. Bununla yanaşı məlumatlarda qeyd edilirdi ki, elektromobil ənənəvi sükana və pedallara sahib olmayacaq və onun qiyməti 120 000$-dan başlayacaq.
        Lakin verilmiş yeni məlumata əsasən şirkət rəhbərliyi Titan layihəsinin istiqamətini bir qədər dəyişmək qərarına gəlib. Belə ki, şirkət daha realistik görünən layihəni reallaşdırmaq istəyir. Buna görə də Apple öz elektromobilində hələ ki, tam avtopilot sistemindən imtina edib. Bununla yanaşı elektromobildə ənənəvi sükan ilə pedallar da mövcud olacaq. Buna baxmayaraq elektromobildə müəyyən səviyyəli avtopilot sistemi reallaşdırılacaq. Lakin reallaşdırılacaq avtopilot sistemi şəhər kənarı yollarda işə düşəcək. Bununla belə bu halda elektromobilin şəhər mühitinə yaxınlaşdığı və ya hava şəraitinin münasib olmadığı zaman sistem istifadəçidən idarəetməni öz üzərinə götürməsini tələb edəcək. Elektromobilin funksionallığının bir qədər sadələşdirilməsi öz növbəsində onun qiymətini aşağı salmağa imkan verəcək. Gözləntilərə əsasən elektromobilin standart versiyası 100 000$-dan bir qədər ucuz qiymətə satılacaq.
        Məlumatda qeyd edilib ki, elektromobilin dizaynı gələn il hazır olacaq. 2025-ci ildə isə ilk prototiplər test olunmağa başlayacaqlar. Onlar 2026-cı ildə elektromobilin irimiqyaslı istehsal prosesinə startın verilməsinə kimi test olunacaqlar. Hal hazırda Apple şirkətinin ilk elektromobilinin dizaynı üzərində Canoo adlı startapın keçmiş CEO-su Ulrich Kranz məşğul olur. Lakin bu işdə ona Tesla, LamborghiniPorsche şirkətlərinin keçmiş əməkdaşları də yardımçı olurlar. Apple şirkətinin bu layihəsi üzərində ümumilikdə 1000 nəfər mütəxəssis çalışır. Məlumata əsasən Apple hal hazırda elektromobil üçün nəzərdə tutulmuş xüsusi prosessor üzərində çalışır və həmin prosessor Apple M seriyasına daxil olan prosessorlardan 4 dəfə daha güclü olacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər