Apple şirkətinin mini-LED ekranlı ilk cihazının nə zaman satışa çıxacağı açıqlanıb

Apple şirkətinin mini-LED ekranlı ilk cihazının nə zaman satışa çıxacağı açıqlanıb

Texnologiya
05.11.2020 PAYLAŞIM

    Apple şirkətinin öz məhsullarını mini-LED texnologiyası əsasında hazırlanmış ekranlara keçirtmək planlarını Koreyanın ET News adlı xəbər agentliyi öz hesabatında təsdiqləyib. Hesabatda bu cür ekrana sahib ilk məhsulun nə zaman satışa çıxacağı və hətta bunun hansı məhsul olacağı barəsində məlumatlar verilib. Bu barədə Slashgear saytı xəbər verib.

    Məlumata əsasən Apple üçün mini-LED matrisalı ekranların istehsalı ilə LG Display şirkəti məşğul olacaq. Gözləntilərə əsasən gələn ilin birinci rübündə satışa çıxacaq iPad Pro modeli 12.9 düym ölçüsündə mini-LED ekran əldə edəcək. Daha sonrakı mərhələdə isə bu cür ekranları həmçinin MacBook noutbukları və iMac kompüterləri əldə edəcəklər.


    Qeyd etmək lazımdır ki, mini-LED texnologiyasının əsas özəlliyi ondadır ki, ekrandakı işıq diodlarının ölçülərinin kiçildilməsi sayəsində onların saylarını artırmaq olur. OLED ekranlarla müqayisədə mini-LED ekranlar enerji sərfiyyatı baxımından qənaətcil olurlar və buna baxmayaraq rəng dolğunluğu və parlaqlığı mövzularında digər ekran növlərindən heç də geri qalmırlar. Bazarda bu cür ekranlara sahib məhsullar artıq mövcuddur. Onlara misal olaraq MSI Creator noutbukunu və TCL ekranlarını gətirmək olar. Lakin sözügedən texnologiya hələ də geniş şəkildə yayılmayıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nəyə görə Qualcomm yeni prosessorunu Snapdragon 875 deyil Snapdragon 888 adlandı..

Son illər ərzində biz öyrəşmişik ki, Qualcomm-un flaqman Snapdragon prosessorları 8x5 kimi adlandırı..


Performanslı nüvə, 5G modem, güclü süni zəka çipi : Snapdragon 888-in texniki öz..

Dünən Qualcomm şirkəti 1 dekabr tarixində təqdim edilmiş Snapdragon 888 flaqman mobil prosessorunun ..


Qualcomm şirkəti 5 nanometrlik Snapdragon 888 prosessorunu anons edib

Dünən Qualcomm tərəfindən keçirilmiş Tech Summit Digital 2020 tədbirinin ilk günündə şirkət Snapdrag..


Tədqiqatçılar internetdə qeydiyyatdan keçmiş domenlərin say statistikasını təqdi..

İldən-ilə saytların sayı daha da artır. Domen adlarının aparıcı provayderlərindən biri olan VeriSign..


Gələn ildən smartfonların qutularında cihazların təmir olunma mümkünlüyü reytinq..

Zəmanət müddətinin bitməsindən sonra smartfonun təmir olunması prosesi bir sıra qəliz nüanslardan ib..


Snapdragon 875 və Snapdragon 775G prosessorlarının bençmark performansları təqdi..

Artıq sabah Qualcomm şirkəti özünün Snapdragon Tech Summit 2020 tədbirini keçirdəcək.

×