
12 Sentyabr tarixində Apple şirkəti keçirtdiyi təqdimat çərçivəsində Apple Watch Series 4 smart saatını, iPhone Xs, Xs Max və Xr modellərini təqdim etdi. Məşhur analitik Ming-Chi Kuo ilə birlikdə bir çox digər analitiklər tədbirdən öncə proqnoz edirdilər ki, Apple şirkəti həmin tədbirdə sadalanmış cihazlardan əlavə olaraq yeni iPad Pro, AirPods, MacBook Air, Mac Mini və Mac Pro modellərini də təqdim edəcək. Lakin bu baş vermədi. Çox güman ki, şirkət yerdə qalan əsas məhsullarını yaxın zaman ərzində təqdim edəcək.
Apple şirkətinin təqdimatından əvvəl göstərilmiş
videoya baxmış analitiklər düşünürlər ki, videodakı qız Siri səsli köməkçisinə
təqdim olunmamış AirPods 2 qulaqlıqları vasitəsilə müraciət edir. Bu isə o deməkdir
ki, çox güman ki. şirkət yeni nəsil naqilsiz qulaqlıqları artıq test edir və
yaxın zamanda təqdim edə bilər. Qeyd etmək lazımdır ki, şirkət müəyyən illərdə
Oktyabr ayında müxtəlif məhsullarını təqdim etmişdir.
23 Oktyabr 2012-ci il: iPad Mini, iMac və 13 inç Retina
ekrana sahib MacBook Pro-nun təqdimatı
22 Oktyabr 2013-cü il: iPad Air ilə yenilənmiş MacBook Pro-nun təqdimatı
16 Oktyabr 2014-cü il: iPad Air 2 ilə iMac 5K-nın təqdimatı
27 Oktyabr 2016-cı il: Yeni dizayna sahib MacBook Pro-nun təqdimatı.
Yeni iPhone modellərinin satışlarına təsir edəcəyinə görə 12
Sentyabr tarixindəki təqdimatda göstərilməyən cihazlar barədə məlumatlara əsaslansaq
güman etmək olar ki, Apple şirkəti çox güman ki, Oktyabr ayında daha bir təqdimat tədbiri keçirdəcək. Oktyabr ayı sadalanmış cihazların anonsu və bayram qabağı
onların satışları üçün ideal zaman intervalıdır. Qeyd etmək lazımdır ki,
Ming-Chi Kuo-nun yeni iPhone modelləri və smart saat haqqında bütün proqnozları
düz çıxdı. Bu isə o deməkdir ki, həmin təqdimatda göstərilməmiş məhsullar dəqiq
olaraq bu il satışa çıxacaqlar. Çox güman ki, Apple şirkəti ikinci təqdimat tədbirini
Oktyabr ayının sonunda keçirdəcək.
Şərh yoxdur