main-post-cover

    Apple şirkətinin OLED ekranlı cihazlarının nə zaman satışa çıxacaqları məlum olub

    Elm & Texnologiya
    07.11.2023
    Emil Nəcəfov
         İnsayderlər Apple şirkətinin OLED ekranlı cihazlarının nə zaman satışa çıxacaqlarını əks etdirən qeyri-rəsmi yol xəritəsini təqdim ediblər. Təqdim edilmiş yol xəritəsində OLED ekranı əldə edəcəkləri güman edilən bir neçə Apple məhsulu əks olunub. Yol xəritəsinə əsasən şirkət öz cihazlarının OLED ekranlara keçirilməsi prosesinə gələn ildən start verəcək. Beləliklə məlumata əsasən gələn il OLED ekranı əldə edəcək yeganə Apple cihazı 11 13 düym ekranlı iPad Pro planşeti olacaq. 2025-ci ilin əvvəlində isə OLED ekrana 14 16 düym ekranlı MacBook Pro-lar keçid edəcəklər.
         Həmin ilin ortasında şirkət qatlana bilən 20 düym ekranlı iPad Pro-nu təqdim etməlidir. Daha sonra 2027-ci ilin əvvəlində Apple OLED ekrana sahib 13 15 düym ekranlı MacBook Air noutbuklarını təqdim edəcək. Yol xəritəsinə əsasən 2027-ci ilin sonuna şirkət OLED ekrana sahib 21.5, 27 32 düym ekranlı iMac-ları təqdim edəcək. 2028-ci ilin sonunda isə şirkət 42 düym OLED ekrana sahib iMac-ı təqdim etməlidir. Qeyd etmək lazımdır ki, təqdim edilmiş bu yol xəritəsinin həqiqəti əks etdirib-etdirmədiyi bilinmir. Bu səbəbdən də ona bir qədər şübhə ilə yanaşmaq lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple iPhone və iPad-lar üçün fərdi batareyaların hazırlanmasına başlayıb
    apple-iphone-ve-ipad-lar-ucun-ferdi-batareyalarin-hazirlanmasina-baslayib
    Apple 27 düym ekranlı iMac-ın istehsalından imtina edib
    apple-27-duym-ekranli-imac-in-istehsalindan-imtina-edib
    Növbəti iPhone SE smartfonu daha təkmilləşdirilmiş arxa kameranı əldə edəcək
    novbeti-iphone-se-smartfonu-daha-tekmillesdirilmis-arxa-kamerani-elde-edecek
    Apple gələn il bütün iPad modellərini yeniləyəcək
    apple-gelen-il-butun-ipad-modellerini-yenileyecek
    Apple elektromobili nə zaman təqdim olunacaq?
    apple-elektromobili-ne-zaman-teqdim-olunacaq