Logo
    Apple şirkətinin prototip mərhələsində qalmış naqilsiz şarj cihazının fotoları ortaya çıxıb

    Apple şirkətinin prototip mərhələsində qalmış naqilsiz şarj cihazının fotoları ortaya çıxıb

        Apple şirkəti maqnit əsaslı naqilsiz şarj cihazı olan MagSafe-i ilk dəfə 2020-ci ildə iPhone 12 seriyası ilə birlikdə təqdim etmişdi. Lakin sözügedən naqilsiz şarj cihazı növbəti inkişaf mərhələsinə keçid etmədi. İndi isə internetdə Magic Charger adlı naqilsiz şarj cihazının prototipinin fotoları ortaya çıxıb. Qeyd etmək lazımdır ki, sözügedən cihaz nəticədə elə prototip mərhələsində də qaldı. Xarici görünüşcə cihaz qatlanan güzgünü xatırladır. Onun konstruksiyası alüminium materialdan hazırlanmış kənar əsas hissəyə və mərkəzi dairəvi hissəyə sahibdir. Bununla belə mərkəzi hissəsinin əyilmə səviyyəsini ayarlamaq olar. Sözügedən naqilsiz şarj cihazının texniki özəllikləri barəsində heç bir məlumat yoxdur. Çox güman ki, Apple nəticədə onu praktik olmayan aksesuar kimi qəbul etdi və onun hazırlanma prosesini dayandırdı.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Apple şirkətinin prototip mərhələsində qalmış naqilsiz şarj cihazının fotoları ortaya çıxıb