Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində yeni məlumatlar verilib

Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində yeni məlumatlar verilib

Texnologiya
12.01.2022 PAYLAŞIM

    Son zamanlarda internetdə Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində daha çox məlumat ortaya çımağa başlayıb. Məşhur analitik Ming-Chi Kuo tərəfindən verilmiş yeni məlumata əsasən Apple şirkətinin qarışıq reallıq cihazı şarj prosesi üçün 96 vatt gücündə olan adapterdən istifadə edəcək. Qeyd etmək lazımdır ki, 14 düym ekrana sahib olan aktual MacBook Pro modeli də bu cür adapter vasitəsilə şarj olunur. Qarışıq reallıq cihazının bu cür güclü şarj adapterindən istifadə edəcəyini analitikin əvvəlki fikirləri də sübut edirlər.

    Belə ki, analitik daha öncədən xəbər vermişdi ki, Apple şirkətinin qarışıq reallıq cihazı Mac kompüterləri səviyyəsində hesablayıcı gücə sahib olacaq. Analitik həmçinin bildirib ki, sözügedən cihaz 2 ədəd prosessor ilə təchiz olunacaq. Onlardan biri 4 nanometrlik, digəri isə 5 nanometrlik olacaq. Hər iki prosessor TSMC şirkəti tərəfindən istehsal olunacaq. Hələ noyabr ayında analitik bildirmişdi ki, prosessorlardan biri öz gücünə görə Apple M1 prosessoru ilə eyni səviyyədə olacaq.


    İkinci prosessor daha aşağı performans göstəricilərinə sahib olacaq və qarışıq reallıq cihazındakı müxtəlif sensorların işlərindən cavabdeh olacaq. Analitikin sözlərinə əsasən cihaz istifadəçilərə innovasiyali istifadə təcrübəsini təqdim edəcək. Belə ki, cihaz AR və VR rejimi arasındakı sürətli keçidi təmin edəcək. Analitik əmindir ki, qarışıq reallıq cihazının satışa çıxmasından sonra o, 2-3 il ərzində digər bu cür cihazlardan hesablama gücü məsələsində daha üst səviyyədə olacaq. Son məlumatlara əsasən Apple öz qarışıq reallıq cihazını bu ilin dördüncü rübündə təqdim edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Ford şirkəti Explorer adlı elektrikli krossoveri təqdim edib - QİYMƏTİ

Təqdim edilmiş elektrikli krossover Volkswagen şirkətinin MEB adlı modul platforması əsasında qurulu..


Nothing Ear (2) naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Nothing şirkəti növbəti yeni məhsulunu təqdim edib. Söhbət, Nothing Ear (2) adlı naqilsiz qulaqlıqda..


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..

×