main-post-cover

    Apple şirkətinin qarışıq reallıq cihazının texniki özəllikləri və qiyməti barəsində məlumat verilib

    Elm & Texnologiya
    22.02.2022
    Farid Pardashunas
        Digitimes saytı Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində yeni məlumatları təqdim edib. Təqdim edilmiş məlumatlarda cihazın təqribi texniki özəllikləri, qiyməti və nə zaman satışa çıxacağı əks olunub. Beləliklə verilmiş məlumata əsasən Apple qarışıq reallıq cihazının texniki testinin ikinci mərhələsini yekunlaşdırıb və onu 2022-ci ilin sonunda təqdim edə bilər. Məlumatda qeyd edilib ki, qarışıq reallıq cihazı 4K keyfyyətli bir neçə ədəd micro-LED ekran ilə təchiz olunacaq.
        Çox güman ki, söhbət, bir neçə müddət bundan öncə Sony tərəfindən təqdim edilmiş 4000x4000 piksel keyfiyyətli 1.4 düym ekranlardan gedir. Güman olunur ki, cihazın satışlarına start verilən zaman o, 3150$ qiymətində satılacaq. Əvvəlki məlumat sızıntılarında qeyd edilmişdi ki, qarışıq reallıq cihazı həmçinin 2 ədəd rosessor ilə təchiz olunmalıdır. Onlardan biri 4 nanometrlik, digəri isə 5 nanometrlik olmalıdır. Prosessorlardan biri öz gücünə görə Apple M1 prosessoru ilə eyni səviyyədə olacaq. Bununla yanaşı cihazın jestlərlə idarəetmə sistemini əldə edəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər