main-post-cover

    Apple şirkətinin təqdimatı ilə bağlı təfərrüatlar internetə sızdırıldı

    Elm & Texnologiya
    04.09.2019
    Farid Pardashunas
        Apple şirkətinin təqdimatına sayılı günlər qalmış internetdə şirkətin daxili dokumentasiyası sızdırılıb. Həmin dokumentasiyada 10 sentyabr tarixindəki təqdimat tədbirində təqdim olunacaq bütün məhsullar, onların adları və hətta satış tarixləri də əks olunublar. Bu barədə Appleinsider saytı xəbər verib. Apple Software Development Resources adlı 10 səhifəlik bülleten şirkət daxilindəi əməkdaşlar üçün nəzərdə tutulub. Lakin necəsə həmin bülleten internetə sızdırılıb.
        Beləliklə internetə sızdırılmış bu sənəd təqdim olunacaq yeni iPhone modellərinin adlarını təsdiqləyib: iPhone 11, iPhone 11 Pro iPhone 11 Pro Max. Məlumatda qeyd olunub ki, smartfonlar 27 sentyabr tarixində satışa çıxacaqlar. iOS 13 əməliyyat sistemi isə 23 sentyabr tarixində istifadəyə veriləcək və iOS 13.1.0 yenilənməsi oktyabr ayında təqdim ediləcək. Sızdırılmış məlumatda həmçinin 4 model Apple Watch haqqında məlumat yer alıb. Onlar A2156, A2157, A2092 A2093 model nömrələrinə sahibdirlər.
        Smart saatlar watchOS 6 əməliyyat sistemi ilə çalışacaqlar və oktyabr ayında watchOS 6.1 versiyasını əldə edəcəklər. Payız fəslində həmçinin iki yeni iPad modeli də satışa çıxacaq. Güman olunur ki, yeni iPad modelləri ayrıca tədbirdə təqdim olunacaqlar. Planşetlərdən biri büdcəli model, digəri isə iPad Pro modelinin davamçısı olacaq. Hər iki model iPadOS 13 əməliyyat sistemi vasitəsilə çalışacaq. Daha sonra isə planşetlər iPadOS 13.0.1 versiyasına kimi yenilənəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər