main-post-cover

    Apple smart ev sahəsi ilə bağlı böyük planlara sahibdir

    Elm & Texnologiya
    15.10.2024
    Emil Nəcəfov
         Smart ev mövzusunun aktuallığı ildən-ilə artır. Apple isə öz növbəsində smart evlər üçün nəzərdə tutulmuş cihazların istehsalı mövzusunda lider şirkətlərdən biridir. Lakin bu sahədə Google Amazon kimi şirkətlərin məhsullarına tələbat daha çoxdur. Bu səbəbdən də Apple sözügedən sahədə mövqelərini gücləndirməyə hədəflənib və bu istiqamətdə xüsusi proqramı tərtib edib. Bloomberg saytının məşhur insayderi Mark Gurman öz növbəsində Apple şirkətinin smart ev sahəsi ilə bağlı planlarının nədən təşkil olunduğu barəsində məlumat verib.
         Beləliklə insayderin sözlərinə əsasən şirkət Home Ecosystem adlı komandanı formalaşdırıb və özünün smart ev proqramını yaxın illərdəki prioritetinə çevirib. İnsayder qeyd edib ki, Apple qapalı ekosistem konsepsiyasından uzaqlaşacaq və öz cihazlarını digər istehsalçıların cihazları ilə uyğunlaşan edəcək. Bunun üçün Matter adlı yeni protokol hazırlanır və o, şirkətin müxtəlif cihazlarının idarəsinə istiqamətlənib. Apple şirkətinin bu istiqamətdə ikinci əsas strategiyası süni zəkanın smart ev sisteminə inteqrasiyası olacaq.
         Belə ki, şirkət smart evdəki bütün proseslərin idarəsindən cavabdeh olacaq Apple Intelligence ekosistemindən aktiv şəkildə istifadə edəcək. Süni zəkadan istifadə mövzusunda əsas element App Intents sistemi olacaq. Bu sistem Siri səsli köməkçisinə tətbiqlərdəki funksiyaları daha effektiv istifadə etməyə şərait yaradacaq. Məlumata əsasən Apple smart ev mövzusunda üstəlik homeOS adlı xüsusi əməliyyat sistemini hazırlayacaq və o, şirkətin artıq mövcud olan tvOS əməliyyat sistemi əsasında qurulacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple tədqiqatçıları, süni intellektin məntiqi xətalarını ortaya çıxarıblar!
    apple-tedqiqatcilari-suni-intellektin-mentiqi-xetalarini-ortaya-cixariblar
    Apple qatlana bilən smartfonunun hazırlanma tempini sürətləndirib
    apple-qatlana-bilen-smartfonunun-hazirlanma-tempini-suretlendirib
    Apple Vision Pro-nun büdcəli versiyasının nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanıb
    apple-vision-pro-nun-budceli-versiyasinin-ne-zaman-ve-hansi-qiymete-satisa-cixacagi-aciqlanib
    Növbəti iPhone SE-nin keysinin fotosu təqdim edilib
    novbeti-iphone-se-nin-keysinin-fotosu-teqdim-edilib
    Apple-ın Çindəki fabriki blokadaya alınıb!
    apple-in-cindeki-fabriki-blokadaya-alinib