Logo
    main-post-cover

    Apple smart qapı zəngi üzərində çalışır

    Elm & Texnologiya
    26.12.2024
    Emil
         Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın vermiş olduğu məlumata əsasən Apple şirkəti smart qapı zəngi üzərində çalışır. Məlumatda qeyd edilib ki, şirkətin hazırladığı smart qapı zəngi özündə Face ID texnologiyasını birləşdirəcək və onu smart qapı qıfılına qoşmaq mümkün olacaq. Bunun sayəsində istifadəçi öz evinə daxil olmaq istəyən zaman smart qapı zəngi Face ID vasitəsilə onun üzünü skan edəcək və qapı avtomatik olaraq açılacaq.
         Gözləntilərə əsasən smart qapı zəngi HomeKit dəstəyinə sahib mövcud smart qapı qıfıllarına qoşula biləcək. Gurman bildirib ki, Apple şirkətinin smart qapı zəngi layihəsi hələ ilkin hazırlanma mərhələsindədir. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple öz diqqətini smart ev ekosisteminə yönəldib və bu istiqamətdə yeni məhsulların hazırlanması ilə məşğuldur. Görünür, Apple şirkətinin növbəti biznes istiqaməti məhz smart ev sistemləri olacaq. Hazırlandığı iddia edilən smart qapı zəngi də bu sistemlərdən biri rolunda çıxış etməlidir.
    Paylaş