Logo
    main-post-cover

    Apple smart saatlar üçün Touch ID texnologiyası ilə ekrana inteqrasiya edilən kameranın patentini alıb

    Elm & Texnologiya
    16.12.2020
    Emil
        Apple şirkəti smart saatlar ilə bağlı iki patenti qeydiyyatdan keçirdib. Görünür, şirkət smart saatların blokdan çıxarılması üsulunu yeniləməyi və üstəlik onlara kameraların inteqrasiya edilməsini planlaşdırır. Bu barədə 4pda saytı xəbər verib. Birinci patentdə biometrik sensor düyməsinə sahib cihaz əks olunub. Patent sənədinə əsasən söhbət, Apple Watch smart saatının kənar düyməsinə barmaq izi skanı texnologiyasının inteqrasiyasından gedir. Bu isə dördüncü nəsil iPad Air-ə inteqrasiya edilmiş Touch ID analoquna bənzəyir.
        İkinci patentdə isə iki laylı ekrana sahib cihazdan söhbət gedir. Bu texnologiya smartfonlar da daxil olmaqla müxtəlif növ cihazlarda istifadə edilə bilər. Lakin sözügedən patent sənədində əsas diqqət Apple Watch-a ayrılıb. Ekranın daxili layı təsvirin əks olunması üçün pikselləri özündə birləşdirəcək, ekranın sensorlu xarici layı isə şəffaf ola biləcək. Bu öz növbəsində ekran səthinin alt hissəsinə kamera sensorunu və hətta LED işıqlandırma sistemini yerləşdirməyə imkan verəcək. Şirkətin digər patentləri kimi bu yeni patentdəki texnologiyaların da Apple məhsullarına nə zaman inteqrasiya ediləcəyi barəsində bir məlumat yoxdur.
    Paylaş
    Bənzər xəbərlər