Apple smart saatlar üçün unikal autentifikasiya texnologiyası üzərində çalışır

Apple smart saatlar üçün unikal autentifikasiya texnologiyası üzərində çalışır

Texnologiya
19.01.2021 PAYLAŞIM

    Apple şirkətinin demək olar bütün cihazlarında biometrik autentifikasiya sistemi mövcuddur. İstisna olaraq naqilsiz qulaqlıqlar və smart saatlar çıxış edirlər. Görünür, şirkət hətta smart saatlar üçün də biometrik autentifikasiya texnologiyası üzərində çalışır. Bu üsul ilə şirkətin smart saatları öz sahiblərini daha yaxşı tanıyacaq və onların konfidensial məlumatlarını daha yaxşı qoruyacaqlar. Bu barədə 4pda saytı xəbər verib. Cihazların barmaq izi və ya üz skanı vasitəsilə blokdan çıxarılma üsulu çox məşhurlaşıb. Lakin smart saatlarda bu üsulu reallaşdırmaq bir qədər qəlizdir. Belə ki, bu cür texnologiya istifadəçidən əlavə əməliyyatların yerinə yetirilməsini tələb edir.


    Apple şirkətinin yeni patentlərindən birində daha təkmilləşdirilmiş autentifikasiya sistemindən bəhs olunur. Patentə əsasən həmin sistem qan damarlarının rəsmini və ya insan dərisində olan digər özəlliklərin skan olunması prosesini yerinə yetirməyə imkan verir. Bu autentifikasiya üsulu smart saatdakı kamera vasitəsilə istifadəçinin qoluna istiqamətlənmiş işıq axını şüalanmasına əsaslanır. Bu cür prosesin yerinə yetirilməsindən sonra alqoritm istifadəçinin identifikasiyasını keçirdə biləcək.

    Güman olunur ki, bu cür üsulla avtomatik şəkildə Apple Watch-un aktiv edilməsinə və hətta digər cihazlarında işə salınmasına nail olmaq olar. Bu həmçinin smart saatın itdiyi halda istifadəçinin konfidensial məlumatlarının qorunması imkanını da verəcək. Qeyd etmək lazımdır ki, bu sadəcə patentdir və onun nəticədə reallaşdırılıb-reallaşdırılmayacağı sual altındadır. Bundan əlavə olaraq bu məsələdə tattoo-larla bağlı problem də yarana bilər. Belə ki, onlar autentifikasiya prosesini qəlizləşdirə bilərlər. Bu cür texnologiyanın müxtəlif rəng dərini və o cümlədən zədələnmiş hissələri skan edib-etməyəcəyi də məlum deyil.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm Snapdragon 895 prosessoru bar'sində ilk məlumatlar verilib

Qualcomm hələ özünün yeni nəsil Snapdragon prosessorunu təqdim etməsə də insayderlər artıq onun barə..


Xiaomi Mi Band 6-da vasitəsilə messencerlərdəki mesajlara cavab vermək funksiyas..

Xiaomi şirkəti Mi Band 6 smart qolbağına hamının çoxdan gözlədiyi funksiyanı daxil etməyi planlaşdır..


Starlink bu ilin sonuna kimi internet sürətini 2 dəfə artıracaq

Bahalı qlobal peyk interneti layihəsi olan Starlink ilk istifdəçiləri saniyədə 50-150 Mbit internet ..


OPPO enerjini hava vasitəsilə ötürən Wireless Air Charging adlı naqilsiz şarj te..

Keçən ayın sonunda Xiaomi və Motorola şirkətləri özlərinin yeni nəsil naqilsiz şarj texnologiyaların..


Apple iPad modellərinin birindən imtina edə bilər

Son illərdə planşetlərə tələbat getdikcə azalır.


Xiaomi fərdi elektromobil istehsalı haqqında yayılmış məlumatlara aydınlıq gətir..

Bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi şirkəti fərdi elektromobil istehsalını p..

×