
Apple smart üzük ilə bağlı bir neçə patenti əldə edib
Elm & Texnologiya
28.11.2023
Emil
Smart üzüklər bazarda artıq uzun müddət ərzində mövcud olsalar da, onlar alıcılar arasında o qədər də yüksək tələbata sahib deyillər. Son aylar ərzində ortaya çıxan məlumatlara əsasən Samsung şirkəti bu cür cihaz üzərində çalışır. İndi isə məlum olub ki, Apple şirkəti də smart üzük patentini əldə edib. Bununla belə Apple misalında söhbət, üzüyün təkcə barmağa taxılmasından getmir.
Məlumata əsasən Apple smart üzük ilə bağlı bir neçə patenti artıq əldə edib. Lakin şirkət ümumilikdə texnologiya üzərində çalışır və bu texnologiya təkcə barmaqlar üçün nəzərdə tutulmuş üzüklərin hazırlanmasını əks etdirmir. Apple tərəfindən əldə edilmiş patentlərə əsasən şirkət həmçinin biləyə, ayağa, boyuna və digər bədən hissələrinə taxıla biləcək smart üzük texnologiyası üzərində çalışır. Apple şirkətinin nəticə etibarilə bu cür üzükləri hazırlayıb-hazırlamayacağı bilinmir.
Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
