'Apple', Smart Watch Series 3-ü təqdim etdi (VİDEO)

13.09.2017 0 PAYLAŞIM 252 OXUNMA

Baxmayaraq ki, smart saat və qolbaqlar bazarı, özünün yaxşı zamanını yaşamırlar, “Apple”, “Xiaomi”dən sonra daşına bilən cihazlar seqmentində ikinci yeri tutur.

iPhone X-in təqdimatı çərçivəsində Tim Cook qeyd etdi ki, “Apple”, smart saatların satışı barəsində bazarda birinci yerə çıxıb. Bununla yanaşı Apple Watch sahiblərinin 97%-i öz cihazlarından razıdır. Bu səsəblə şirkət, sözügedən seqmenti inkişaf etdirməkdə davam edir. Nəticədə olaraq “Apple”, keçən gecə, LTE modula sahib Watch Series 3-ü təqdim etdi. Bu cihaz barədə şaiyələr çoxdan gəzirdi və onlar təqdimat zamanı öz doğruluğunu təsdiqlədilər. Bundan sonra zənglərin reallaşdırılması, mətn ismarıclarının göndərilməsi, canlı axın servisləri vasitəsilə musiqilərin dinlənməsi və müxtəlif tətbiqlərin quraşdırılması üçün iPhone ilə sinxronlaşdırılmaya ehtiyac qalmayacaq.


Belə ki, bütün məlumatlar smartfondan asılı olmayaraq 4G mobil şəbəkə vasitəsilə ötürülür. Bununla belə yeni nəsil smart saatlar, ənənəvi SIM kart girişinə sahib deyillər. Bunun üçün həmin nömrəyə bağlı olan virtual eSIM kartdan istifadə olunur. Saatlarda yetiriləcək müxtəlif online əməliyyatlar, istifadəçinin tarif qiymətinə əsasən əlavə olaraq ödəniləcək. Naqilsiz mobil şəbəkələrlə sürətli şəkildə qoşulma üçün LTE antenası bir neçə dəfə böyüdülmüş və saatın ekranına birbaşa inteqrasiya olunmuşdur. Nitqi idarə etmək üçün, cihazın korpusuna inteqrasiya olunmuş bir mikrofondan istifadə edilir. Lakin tam anlaşılan və yüksək səsin təmin olunması üçün o yetərlidir.


Saatların bütün korpus ölçüləri, Apple Watch Series 2 modelindəki kimidir. Tək fərq isə ondan ibarətdir ki, yeni modeldə olan mexaniki Digital Crown düyməsi bu dəfə qırmızı rəngdədir. Cihazın performasından, yenilənmiş 2 nüvəli W2 prosessoru cavabdehdir. O, 70% daha güclü və enerji cəhətdən 50% daha effektivdir. Keçmiş versiyalardan fərqli olaraq Wi-FiBluetooth vasitəsilə qoşulma, 85% daha tez həyata keçirilir. Cihazda olan batareya həcmi, cihazın bir gün rahatlıqla çalışmasına kifayət edir. Yenilənmiş watchOS 4 əməliyyat sistemi, hər zaman istifadəçidən müraciət gözləyəcək Siri, bir məşq çərçivəsində bir neçə məşğələləri birləşdirəcək multiidman rejiminə və daxilində “ağıllı” texniki göstəriciləri olan cihazlarla inteqrasiya kimi funksiyalara sahib olacaq.


Sözügedən model smart saatın daha bir vacib müsbət cəhəti isə onun ekranında real zaman ərzində insanın ürək döyüntüsünün əks olunmasıdır. Bunun sayəsində məşq zamanı ürək döyüntüsünün tezliyinə nəzarət etmək və onun normadan yuxarı qalxmasının qarşısını almaq olacaq. Fiziki aktivliyin nəzarətinə maksimal dərəcədə diqqət ayrılıb. Belə ki, gün ərzində Siri, əldə olunmuş nailiyyətlər haqqında xəbər verir, qırılmış rekordlara görə istifadəçini tərifləyir və tənbəlliyə görə animasiyalı iradlar bildirir. Bununla yanaşı yeni güclü prosessorun sayəsində bundan sonra Siri, istifadəçi ilə danışa biləcək. Yeni model smart saatların satışları 22 Sentyabr tarixində başlayacaq. LTE modula sahib versiya 399$, adi versiya isə 329$ qiymətinə satılacaq.