
Apple Store-da iPhone-nun batareyasını dəyişən zaman batareya yandı
Elm & Texnologiya
16.01.2018
Emil
iPhone batareyalarının alışıb yanması mövzusu yeni xəbərlə öz aktuallığını qazanıb.
Belə ki, Sürixdəki Apple Store
mağazasında iPhone 6s-in batareyasını dəyişən zaman o alışıb yanıb. Apple Store
əməkdaşı batareyanı korpusdan ayırmaq istəyən zaman batareya yanıb. Bu barədə
Phonearena saytı xəbər verib. Müştərilər həmin dəqiqədə panikaya düşüblər.
Xilasedicilər Apple Store-da həmin hadisə zamanı olmuş 50-ə yaxın müştəri və
işçini çıxardıblar. Həmçinin təcili yardım maşını da hadisə yerinə gəlib.
Batareyanı dəyişmək istəyən Apple Store əməkdaşının əlləri ciddi olmayan yanıq
izləri alıb. Onunla birlikdə əlavə olaraq 7 nəfər də birinci tibbi kömək
alıblar.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
