
Apple Store mağazalarında iPhone-lar partlamağa başlayıb
Elm & Texnologiya
11.01.2018
Emil
Artıq ikinci dəfədir ki, Apple Store mağazasında iPhone smartfonunun batareyası partlayır.
Keçən çərşənbə axşamı Sürixdəki
Apple Store əməkdaşı iPhone cihazının yanması nəticəsində ciddi olmayan yanıq
izləri aldı. Hadisənin baş verdiyi zaman mağazada 8 nəfər insan var idi.
Onlardan bəzilərinə yardım göstərilmişdi və onların xəstəxanaya getmələrinə
ehtiyac qalmamışdı. Lakin bununla əhvalat bitmir.

Bugün Valensiyada yerləşən
Apple Store mağazasının daxilini iPhone batareyasının yanması nəticəsində tüstü
bürümüşdü. Mağaza əməkdaşları yanğını tez bir zamanda söndürərək tüstünün çölə çıxması
üçün pəncərələri açmışdılar. Hadisə yerinə 3 yanğınsöndürən maşın və polislər gəlmişdilər.
Hadisə zamanı heç kim xəsarət almadı.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
