
Apple süni zəka əsaslı yeni məhsullarına hər il külli miqdarda vəsait yatırmağı planlaşdırır
Elm & Texnologiya
24.10.2023
Emil
Bloomberg saytının vermiş olduğu məlumata əsasən Apple şirkəti generativ süni zəka əsaslı məhsulların yaradılmasına il ərzində 1 milyard dollar investisiya yatırmağı planlaşdırır. Şirkətin hər il bu qədər vəsaiti yatırmağı planlaşdırmasında məqsəd onun generativ süni zəka sahəsində artıq hazır məhsulları təqdim etmiş Google, Microsoft və OpenAI kimi şirkətlərə çatmaq istəməsindədir.
Apple öz məhsullarında süni zəkadan bu və ya digər səviyyədə istifadə etsə də, bu istiqamətdə fərdi məhsulunu hələ təqdim etməyib. Son məlumat sızıntılarına əsasən şirkət Ajax adlı böyük dil modelini və Apple GPT adlı çat-botunu yaradıb. Lakin onlar hələ şirkətin mövcud məhsullarına inteqrasiya edilməyib. Gözləntilərə əsasən Apple süni zəka texnologiyalarını Siri, Messages və Apple Music kimi servislərinə inteqrasiya edəcək.
Paylaş