main-post-cover

    Apple süni zəka serverlərinə 1 il ərzində 5 milyard dollar sərf etməyi planlaşdırır

    Elm & Texnologiya
    25.10.2023
    Emil Nəcəfov
         Məşhur analitik Ming-Chi Kuo-nun təqdim etmiş olduğu məlumata əsasən Apple şirkəti yaxın 1 il ərzində süni zəka üçün nəzərdə tutulmuş serverlərin alınmasına 5 milyard dollar vəsait xərcləməyi planlaşdırır. Görünür, Apple generativ süni zəka sistemləri yarışına ciddi şəkildə qoşulmağı hədəfləyib. Belə ki, şirkət İT sahənin bu istiqamətində digərlərindən geridə qalıb.
         Son 1 il ərzində şirkətlər aktiv şəkildə öz məhsullarına süni zəka sistemlərini inteqrasiya edirlər. Microsoft Google isə bu mövzuda lider şirkətlərdir. İndi isə Ming-Chi Kuo bildirib ki, Apple süni zəka üçün serverlərin alınmasını planlaşdırır. Məlumatda qeyd edilib ki, şirkət bu istiqamətdə ilin sonuna kimi 620 milyon dollar, gələn il üçün isə 4.75 milyard dollar sərf etməyi hədəfləyib. Ümumilikdə şirkət 25 000 ədəd server əldə etməyi nəzərdə tutub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Daha ucuz MacBook modelinin hazırlandığı məşhur analitik tərəfindən təsdiqlənib
    daha-ucuz-macbook-modelinin-hazirlandigi-meshur-analitik-terefinden-tesdiqlenib
    Yeni MacBook Pro-nun qutusunun fotosu ortaya çıxıb
    yeni-macbook-pro-nun-qutusunun-fotosu-ortaya-cixib
    24 düym ekrana sahib yeni iMac barəsində yeni təfərrüatlar verilib
    24-duym-ekrana-sahib-yeni-imac-baresinde-yeni-teferruatlar-verilib
    Apple iPhone üçün ekranın alt hissəsinə yerləşdirilə bilən Dynamic Island çıxıntısını patentləşdirib
    apple-iphone-ucun-ekranin-alt-hissesine-yerlesdirile-bilen-dynamic-island-cixintisini-patentlesdirib
    Apple növbəti təqdimat tədbirini anons edib
    apple-novbeti-teqdimat-tedbirini-anons-edib