Logo
    main-post-cover

    Apple süni zəkanın geniş tətbiqi imkanları üzərində çalışır

    Elm & Texnologiya
    23.10.2023
    Emil
         Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Tim Cook-un Apple şirkətinin uzun illər ərzində generativ süni zəka sahəsində aktiv şəkildə çalışması bəyanatı şirkətin bu yeni bazar tendensiyasına tez bir şəkildə qoşulmağa çalışması cəhdlərindən xəbər verir. Belə ki, şirkət keçən ilin sonundan başlayaraq bu sahədə digərlərinə çatmağa çalışır. İnsayder bildirib ki, Apple süni zəka sistemlərinin dəbə düşdükləri anı qaçırıb və hal hazırda müvafiq texnologiyaların öz fəaliyyəti çərçivəsində müxtəlif sahələrdə istifadəsi imkanlarının tapılması üçün maksimum səy göstərir.
         Məlumata əsasən Apple şirkətinin machine learning və süni zəka sahəsində strategiyası üzrə vitse-prezidenti John Giannadrea şirkətin proqram təminatının hazırlanması üzrə vitse-prezidenti Craig Federighi ilə birgə süni zəka texnologiyasının inteqrasiyası təşəbbüsünə rəhbərlik edir. Şirkətin xidmətlər üzrə vitse-prezidenti Eddie Cue də bu prosesdə iştirak edir. Məlumata əsasən Giannadrea-nın komandası hal hazırda təkmilləşdirilmiş Siri üzərində çalışır.
         Təkmilləşdirilmiş Siri-nin süni zəka ilə daha sıx inteqrasiyası hədəflənib və onun gələn il istifadəyə verilməsi planlaşdırılır. Bundan əlavə olaraq eyni zamanda şirkət daxilində süni zəkanın iOS əməliyyat sisteminin koduna inteqrasiya edilməsi üzərində işlər gedir. Məlumatda qeyd edilib ki, şirkət mümkün qədər daha çox tətbiqinə süni zəka elementlərini inteqrasiya etməyə çalışır.
    Paylaş