main-post-cover

    Apple şüşə materialdan qulaqlıq istehsalını planlaşdırır

    Elm & Texnologiya
    18.02.2021
    Farid Pardashunas
        Apple şirkəti gələcəkdəki ArPods Max qulaqlıq modellərinin hazırlanmasında şüşə materialdan istifadə ehtimalını nəzərdən keçirdir. Belə ki, alüminiumdan fərqli olaraq şüşə daha yaxşı akustik özəlliklərə sahibdir. Bu barədə Appleinsider saytı xəbər verib. ABŞ-ın ticarət nişanları və patentləri üzrə təşkilatının bazasında aşkar edilmiş sənədə əsasən Apple şirkəti şüşə materialdan hazırlanmış qulaqlıq hissələrə sahib böyük ölçülü qulaqlığı patentləşdirməyə hazırlaşır. Sənəddə qeyd edilib ki, qulaqlıq kimi cihazın artıq 100 ildir ki, mövcud olmasına baxmayaraq onun əsas konstruksiyasında hələ də heç bir ciddi dəyişiklik edilməyib.
        Cihazın özəlliklərini təkmilləşdirmək və xarici görünüşünü yeniləməkdən əlavə olaraq şirkət həmçinin şüşə materialdan müxtəlif ötürücülərin onun üzərinə yerləşdirilməsi üçün də istifadə etməyi planlaşdırır. Həmin ötürücülərin sayəsində istifadəçi qulaqlığın ayarlarını və multimedia kontentini idarə edə bilər. Məlumata əsasən şüşə material bəzi səsləri bloklamaqla və bəzi tezlikləri buraxmaqla qulaqlığın akustik özəlliklərini yaxşılaşdıra bilər. Apple mühəndislərinin fikirlərinə əsasən şüşə material plastik və metaldan fərqli olaraq cızıqlara daha az məruz qalır. Qeyd etmək lazımdır ki, Sennheiser şirkəti özünün HD 820 adlı qulaqlığının istehsalında artıq şüşə materialdan istifadə edir. Şirkətin məlumatına əsasən şüşə material səs keyfiyyətini daha realistik edir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər