
Apple Touch ID texnologiyasından bir dəfəlik imtina edib
Elm & Texnologiya
24.11.2023
Emil
Smartfonlarda biometrik autentifikasiya texnologiyalarının ilk inkişaf mərhələlərində Apple şirkəti Touch ID texnologiyasını iPhone-ların fərqləndirici özəlliklərinə çevirmişdi. Lakin Face ID texnologiyasının iPhone-larda geniş yayılmasından sonra Touch ID yalnız büdcəli iPhone SE modellərində istifadə edilməyə başladı. Verilmiş yeni məlumata əsasən Apple Touch ID texnologiyası üçün nəzərdə tutulmuş çiplərin istehsalında istifadə edilən təchizatı möhürləyərək bir dəfəlik aradan qaldırıb.
Bu isə o deməkdir ki, şirkət yaxın gələcəkdə barmaq izi skanı texnologiyasına sahib hər hansısa məhsulunu təqdim etməyi planlaşdırmır. Qeyd etmək lazımdır ki, növbəti iPhone SE modeli ilə bağlı çıxmış son məlumat sızıntılarında qeyd edilib ki, smartfonda Face ID texnologiyası istifadə ediləcək. Apple şirkətinin Touch ID texnologiyasından bu cür imtina etməsi də bu məlumatı təsdiqləmiş olur. Əgər Apple nə vaxtsa barmaq izi skanı texnologiyasına geri qayıtsa, bu, böyük ehtimal ilə ekranın alt hissəsinə inteqrasiya ediləcək texnologiya olacaq.
Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
