
Apple üçün 2 nanometrlik prosessor artıq gələn il istehsal edilə bilər
Elm & Texnologiya
16.01.2024
Emil
Digitimes saytının vermiş olduğu məlumata əsasən Apple şirkətinin gələcək cihazları üçün nəzərdə tutulmuş 2 nanometrlik prosessorların istehsalına artıq gələn il start verilə bilər. TSMC şirkətinin zavodlarında 2 nanometrlik prosessorların istehsalı üçün nəzərdə tutulmuş təchizatların ən tez bu ilin aprel ayında quraşdırılması gözlənilir. Qeyd etmək lazımdır ki, Apple TSMC-nın 3 nanometrlik prosessorundan istifadə edən ilk şirkət oldu. Belə ki, iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarında istifadə edilən A17 Pro prosessoru məhz TSMC şirkətinin 3 nanometrlik texnoloji prosesi əsasında istehsal edilir. Gözləntilərə əsasən TSMC-nın 2 nanometrlik prosessorları ilə də eyni hal yaşanacaq. Onların istehsalına start verildikdən müəyyən müddət sonra onlar Apple cihazlarına quraşdırılacaq.
Paylaş
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
