Apple və Google COVID-19-lu insanların digərləri ilə əlaqələrini izləmək funksiyasını təqdim ediblər

Apple və Google COVID-19-lu insanların digərləri ilə əlaqələrini izləmək funksiyasını təqdim ediblər

Texnologiya
05.05.2020 PAYLAŞIM

  Apple və Google şirkətləri bütün dünyada fəaliyyət göstərən səhiyyə təşkilatlarına COVID-19-a yoluxmuş insanlarla qarşılıqlı əlaqə bildirişlərini əks etdirəcək tətbiqlərin yaradılması yolunda lazımi resursları təqdim ediblər. Bundan əlavə olaraq onlar iOS və Android əməliyyat sistemləri üçün ola biləcək bu cür tətbiqlərin interfeys və kod nümunələrini də təqdim ediblər. Bu barədə Macrumors saytı xəbər verib.

    iOS 13.5 əməliyyat sistemi yenilənməsinə COVID-19 ilə bağlı faydalı funksiya əlavə ediləcək. Belə ki, istifadəçi ayarlardakı “Sağlamlıq” bölməsində COVID-19-un təsirlərinin qeydiyyatı funksiyasını aşkar edəcək. Həmin funksiya vasitəsilə istifadəçi yerli səhiyyə orqanının tətbiqi və son 14 gün ərzində istifadəçinin yoxlanış jurnalı barəsində məlumatlar əldə edə biləcək.


 Əgər istifadəçi potensial olaraq COVID-19 təsirinə məruz qalıbsa, o, yerli səhiyyə orqanının tətbiqindən lazımi push bildirişi əldə edəcək. Bununla yanaşı istifadəçi COVID-19 üzə edilmiş test nəticəsini tətbiqlərdə qeyd edə bilər. Apple və Google şirkətləri yeni API-dan istifadə edərək bu cür tətbiqləri yaradacaq tərtibatçılardan bir sıra şərtlərin yerinə yetirilməsini də tələb edir. Həmin şərtlər aşağıdakı kimidir.

- Tətbiqlər dövlət səhiyyə orqanları tərəfindən və ya onlar üçün yaradılmalıdır. Onlardan yalnız COVID-19-un yayılmasının qarşısını almaq məqsədilə istifadə etmək olar

- İstifadəçilər yeni API-dan istifadə etmədən öncə tətbiqlər istifadəçi razılaşmasını əldə etməlidirlər

- Tətbiqlər COVID-19 barəsində olan müsbət test nəticələrini dövlət səhiyyə orqanlarına təqdim etməzdən öncə istifadəçilərin razılaşmalarını tələb etməlidirlər

- Tətbiqlər lazımi məlumatların minimal həcmlərini yığmalıdırlar. İstifadəçi məlumatlarından reklam targetinqi və digər məqsədlər üçün istifadə qadağandır

- Tətbiqlərə istifadəçilərin geolokasiya məlumatlarını əldə etmək qadağandır

- Yeni API-dan istifadə hər ölkə üçün bir ədəd tətbiq şəklində məhdudlaşdırılacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər s..

Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq..


Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i..

Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik ç..


Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumat..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 proses..


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..

×