
Apple Vision Pro-nun növbəti versiyası daha yüngül olmalıdır
Elm & Texnologiya
10.10.2023
Apple özünün ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazı olan Vision Pro-nun satışa çıxarılmasına hazırlaşır. Bununla belə şirkət artıq onun davamçısı üzərində çalışmağa start verib. Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple mühəndisləri qarşısına Vision Pro-nun davamçısının istifadədə daha rahat edilməsi tapşırığı qoyulub. Gurman bildirib ki, əsas məqsəd növbəti Vision Pro modelinin çəkisinin və ölçülərinin kiçildilməsidir. Bundan əlavə olaraq Apple mühəndisləri növbəti Vision Pro-nu eynəkdən istifadə edənlər üçün daha rahat vəziyyətə gətirməlidirlər.
İnsayderin sözlərinə əsasən hal hazırda aktual olan Vision Pro-da VR özəlliyindən imtina edilsəydi, şirkət onu kompakt ölçülü AR eynək formatında reallaşdıra bilərdi. Cihazda AR ilə birlikdə VR-ın olması onun belə ölçüyə sahib olmasına səbəb olub. Mark Gurman bildirib ki, Apple AR eynəyin hazırlanmasını 1 il bundan öncə dayandırıb. Belə ki, şirkət müvafiq texnologiyalara sahib olmayıb. Bu isə öz növbəsində Apple CEO-su Tim Cook-u məyus edib. Belə ki, Tim Cook AR eynəyin hazırlanmasını şirkətin prioritetli layihəsi hesab edirdi. Ola bilər ki, şirkət gələcəkdə bu layihəyə yenidən qayıtsın.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...