main-post-cover

    Apple Vision Pro-nun sadələşdirilmiş versiyası nə ilə fərqlənəcək?

    Elm & Texnologiya
    16.10.2023
    Emil Nəcəfov
         Apple şirkəti iyun ayında Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim etmişdi. Sözügedən cihazın satışları gələn ilin əvvəli üçün planlaşdırılır və onun satış qiyməti 3500$ təşkil edəcək. Vision Pro-nun kütləvi hal alması üçün şirkət onun daha sadələşdirilmiş versiyasını satışa çıxartmağı planlaşdırır. Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən MR cihazın sadələşdirilmiş versiyası Vision Pro-nun sahib olduğu funksiyaların bəzilərindən məhrum olacaq. Lakin bununla belə sadələşdirilmiş versiya yenə də baha qiymətə satılacaq.
         İnsayder bildirib ki, Vision Pro-nun sadələşdirilmiş versiyasında böyük ehtimal ilə xarici ekran mövcud olmayacaq. Bu isə o deməkdir ki, cihaz EyeSight funksiyasını dəstəkləməyəcək. Qeyd etmək lazımdır ki, bu funksiya istifadəçinin gözlərini izləyərək onları xarici ekranda əks etdirir. Gurman-ın fikrincə sadələşdirilmiş versiya iPhone səviyyəsində prosessor ilə təchiz olunacaq, daha az sayda kameraya sahib olacaq və özündə daha aşağı piksel göstəricili ekranları birləşdirəcək. Məlumata əsasən hal hazırda şirkət mühəndisləri sadələşdirilmiş versiya üçün müxtəlif konfiqurasiyaları nəzərdən keçirirlər.
         Onların əsas məqsədi cihazın satış qiymətinin 1500-2500$ arasında olmasıdır. 3500$-lıq satış qiyməti ilə müqayisədə 1500$-lıq satış qiyməti alıcılar üçün cəlbedici görünsə də, nəticə etibarilə Apple tərəfindən nəzərdən keçirilən heç bir variant ucuz olmayacaq. Əgər cihaz bazara 2500$ qiymətində satışa çıxsa, bu, potensial alıcılar üçün olduqca yüksək satış qiyməti olacaq. Digər tərəfdən cihazın uğurlu olması onda istifadə ediləcək hardware həllərinin istifadəçilərin gözləntiləri ilə hansı səviyyədə uyğun olduqlarından asılı olacaq
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Mikroplastik hissəciklər hətta buludlarda aşkar edilib
    mikroplastik-hissecikler-hetta-buludlarda-askar-edilib
    Microsoft şirkəti Activision Blizzard-ı aldığını sonunda rəsmi şəkildə elan etdi
    microsoft-sirketi-activision-blizzard-i-aldigini-sonunda-resmi-sekilde-elan-etdi
    Hakerlər Steam-in bəzi oyunlarına viruslar yükləyiblər
    hakerler-steam-in-bezi-oyunlarina-viruslar-yukleyibler
    Bu ilin ikinci rübündə ən çox satılmış smartfonların reytinqi təqdim edilib
    bu-ilin-ikinci-rubunde-en-cox-satilmis-smartfonlarin-reytinqi-teqdim-edilib
    Google artıq ənənəvi şifrələrin yerinə Passkey-dən istifadəni təklif edir
    google-artiq-enenevi-sifrelerin-yerine-passkey-den-istifadeni-teklif-edir