Logo
    main-post-cover

    Apple Vision Pro özündə tibbi funksiyaları birləşdirə bilər

    Elm & Texnologiya
    26.10.2023
    Emil
         The Information saytının vermiş olduğu məlumata əsasən Apple şirkətinin gələn ilin əvvəlində satışa çıxacağı Vision Pro adlı qarışıq reallıq (AR + VR) cihazı təkcə əyləncə xarakterli cihaz olmayacaq. Belə ki, məlumata əsasən şirkət sözügedən cihazda olan çoxlu sayda kamera ilə sensoru digər məqsədlərdə də istifadə etmək niyyətindədir. Məsələn şirkət onları istifadəçinin pisxoloji sağlamlığının hansı vəziyyətdə olduğunu təyin etmək üçün istifadə edə bilər.
         The Information saytı şirkətə yaxın olan şəxslərə istinadən xəbər verib ki, Vision Pro istifadəçinin stress, depressiya, narahatlıq və hətta travma sonrası sinir pozğunluğunu da təyin edə biləcək. Bu cür vəziyyətlərdə cihaz istifadəçini sakitləşdirə biləcək təsvirlərin və ya səslərin işə salınmasını təklif edəcək. Apple həmçinin Vision Pro-nun istifadəçi gözlərinin izlənməsi üçün nəzərdə tutulmuş kameralarından istifadə edə bilər. Bu halda istifadəçinin göz bəbəklərinin genişlənməsini müşahidə etmək mümkündür.
         Göz bəbəklərinin genişlənməsinin analizi sayəsində də istifadəçi səhhətinin müəyyən faktorlarını təyin etmək olar. Məsələn infraqırmızı kameralar nəzəri cəhətdən gözlərin qan damarlarındakı ödəmi təyin edə bilərlər. Bu cür hal çox zaman ürək çatışmazlığı problemindən xəbər verir. Qeyd etmək lazımdır ki, bütün bu funksiyalar şirkət daxilində müzakirə səviyyəsindədir. Nəticədə onların istifadəyə verilib-verilməyəcəyi bilinmir.
    Paylaş