
Reddit platformasının digitalmofo ləqəbli istifadəçisi Apple şirkətinin smart saatları tərəfindən həyatları xilas edilmiş insanlar siyahısına daxil olub. Belə ki, Reddit istifadəçisinin sözlərinə əsasən onun Apple Watch 7 smart saatı yuxu zamanı onda daxili qanaxmanın simptomlarını təyin edib. Bununla belə söhbət, gözə çarpmayan simptomlardan gedir. İstifadəçi bildirib ki, bir neçə müddət bundan öncə günlərin birində o öz iPhone və Apple Watch 7 smart saatında “Do not disturb” rejimini işə salıb və yuxuya gedib. Yuxudan oyanandan sonra o, ürək döyüntülərinin sürətlənməsi ilə bağlı çoxlu sayda bildirişlər əldə edib. Apple Watch istifadəçiyə həkimə müraciət etməyi məsləhət görüb.
İstifadəçi ilk öncə bunun səbəbini sadəcə olaraq yorğunluq ilə əlaqələndirib. Lakin ürək döyüntüləri və qandakı oksigen miqdarı göstəriciləri hələ də ürəkaçan səviyyədə deyildilər. Nəticədə istifadəçi videozəng vasitəsilə həkimlə əlaqə yaradıb. Həkimə mövcud simptomlar barəsində məlumat verəndən sonra həkim ilkin diaqnoz kimi daxili qanaxmanı təyin edib. İstifadəçi xəstəxanaya yollanıb və orda baş tutmuş müayinələr nəticəsində məlum olub ki, onun gemoqlobin səviyyəsi normadan 15 dəfə daha aşağıdır. Əlavə olaraq istifadəçidə qastrit və digər bir neçə xəstəlik aşkar edilib. “Əgər Apple Watch olmasaydı mən sadəcə huşumu itirib ölə bilərdim” - deyə istifadəçi qeyd edib.
Şərh yoxdur