Logo
    main-post-cover

    Apple Watch Series 10 qan təzyiqini ölçmək imkanına sahib olacaq

    Elm & Texnologiya
    01.11.2023
    Emil
         Blomberg saytının məşhur insayderi Mark Gurman Apple şirkətinin gələn il təqdim edəcəyi Watch Series 10 smart saatı barəsində bəzi məlumatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən Apple gələn ilki Watch Series 10-a qan təzyiqinin ölçülməsi sensorunu əlavə etməyi planlaşdırır. Bununla yanaşı insayder bildirib ki, gələn ilki smart saat yuxu apnesini (yuxu zamanı nəfəs kəsilməsi) də təyin edə biləcək. Məlumata əsasən bu funksiya istifadəçinin yuxu modelindən və nəfəs alma məlumatlarından istifadə edəcək. Bu məlumatlar əsasında Apple Watch Series 10 istifadəçidə yuxu apnesi xəstəliyinin olub-olmadığını müəyyən edə biləcək. Qeyd etmək lazımdır ki, Apple Watch Series 10-un gələn il iPhone 16 smartfon seriyası ilə birgə təqdim ediləcəyi gözlənilir.
    Paylaş