
Apple Watch Series 4-də ürək ritminin yoxlanılması funksiyası yalnız ABŞ'da aktiv olacaq
Elm & Texnologiya
13.09.2018
Emil
Dünənki təqdimatda yeni iPhone modellərindən başqa Apple
şirkəti həmçinin Apple Watch
Series 4 smart saat modelini də təqdim etdi. Təqdim olunmuş yeni Apple
Watch Series 4 elektrokardioqramma özəlliyini və elektrokardioqrafiya tətbiqini
əldə etdi. Lakin pis xəbər ondan ibarətdir ki, bu funksiyalar yalnız ABŞ ərazisində
aktiv olacaq. Apple şirkətinin saytındakı məlumata əsasən elektrokardioqramma
funksiyasını işə salan elektrokardioqrafiya tətbiqi bir qədər sonra aktivləşdiriləcək.

Yəni smart saatın satışlarına start verilməsindən sonra onu alacaq istifadəçilər
həmin funksiyadan istifadə edərək öz ürəklərinin vəziyyəti barəsində məlumat əldə
edə bilməyəcəklər. Bu bir qədər sonra reallaşdırılacaq. Məyus edən digər bir fakt
isə ondan ibarətdir ki, elektrokardioqrafiya tətbiqi yalnız ABŞ-da satılacaq Apple
Watch Series 4 modellərində aktiv olacaq. Həmin funksiyanı smart saatda sadəcə
region dəyişməklə də işə salmaq mümkün olmayacaq.
Çox güman ki, bu məhdudlaşdırıcı
qərarın səbəbi ondadır ki, Apple şirkəti Apple Watch Series 4-ün satılacağı hər
bir ölkənin nizamlayıcı orqanından icazə almalıdır. Havayı yerə təqdimat zamanı
şirkət qeyd etməmişdi ki, yeni smart saatlar FDA (ABŞ-ın qida məsulları və dərman
preparatlarının keyfiyyətinə görə sanitar nəzarəti idarəsi) tərəfindən
sertifikatlaşdırılıb. Apple Watch Series 4-də kardioqrammanı əldə etmək üçün
istifadəçi elektrokardioqrafiya tətbiqini işə salmalı və öz barmağını Digital
Crown düyməsinə yerləşdirməlidir. 30 saniyədən sonra isə saatın ekranında istifadəçinin
ürəyinin iş vəziyyəti barəsində məlumat əks olunacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
