Logo
    main-post-cover

    Apple Watch Series 9 və Watch Ultra 2 ekranlarında problem ortaya çıxıb (VİDEO)

    Elm & Texnologiya
    19.10.2023
    Emil
         Müxtəlif problemlərlə təkcə iPhone 15 smartfonlarının istifadəçiləri qarşılaşmayıblar. Belə ki, Apple şirkətinin yeni smart saatları olan Watch Series 9Watch Ultra 2-nin istifadəçiləri öz cihazlarının ekranlarında yaranmış problemdən şikayətlənməyə başlayıblar. Onların sözlərinə əsasən sözügedən yeni smart saatların ekranlarında sayrışma problemi yaşanır. Reddit-də, müxtəlif forumlarda və hətta Apple saytının dəstək bölməsində yeni Apple Watch smart saatlarının istifadəçiləri tərəfindən bu problemlə bağlı şikayətlər ortaya çıxıblar.
         Şikayətlərdə qeyd edilir ki, istifadəçi smart saatın taxılı olduğu biləyi yuxarı qaldıran zaman onun ekranında sayrışmalar əmələ gəlir. Maraqlısı ondadır ki, buna bənzər problem zamanında Apple Watch Series 6 smart saatında da müşahidə edilmişdi və həmin vaxtda Apple problemi watchOS 8 əməliyyat sisteminin istifadəyə verilməsi ilə həll etmişdi. Apple öz növbəsində yeni smart saatlarda ortaya çıxmış bu problemə reaksiya verib və bildirib ki, o hal hazırda ekranlardakı sayrışmalar problemini analiz etməklə məşğuldur. Problemin hal hazırda aradan qaldırılması üsulu kimi şirkət smart saatlarda Always-on-Display funksiyasını deaktiv etməyi məsləhət görüb.
    Paylaş