
Apple Watch Ultra 3 smart saatı 2025-ci ilə təxirə salınmış ola bilər
Elm & Texnologiya
27.10.2023
Emil
Məşhur analitik Ming-Chi Kuo Apple Watch Ultra 3 smart saatı barəsində ilk məlumatları bölüşüb. Analitikin sözlərinə əsasən Apple şirkəti Watch Ultra 3 smart saatını 2024-cü ildə təqdim etmək ideyasından imtina edə bilər. Analitikin fikrincə bu, şirkətin yeni tibbi funksiyalar hazırlamaq üçün daha çox vaxta ehtiyac duyması ilə bağlıdır. Bundan əlavə olaraq şirkət sözügedən smart saat üçün nəzərdə tutulmuş mini-LED ekranlarla bağlı müəyyən problemlərlə qarşılaşıb. "Əgər Apple dekabr ayına kimi Watch Ultra 3 üzərində işlərə start verməsə, əminliklə söyləmək olar ki, biz bu smart saatı 2024-cü ildə görməyəcəyik" - deyə analitik bildirib. Burdan da belə qənaətə gəlmək olar ki, Apple Watch Ultra 3-ün 2025-ci ilə kimi təxirə salınma ehtimalı yüksəkdir.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
