Reklam
Apple yaxın gələcəkdə artırılmış reallıq cihazını təqdim edə bilər

Apple yaxın gələcəkdə artırılmış reallıq cihazını təqdim edə bilər

Texnologiya
21.06.2022 PAYLAŞIM

    Apple şirkətinin yaxın gələcəkdə qarışıq reallıq (AR + VR) cihazını satışa çıxardacağı barəsində məlumatlar artıq uzun müddətdir ki, internetdə ortaya çıxırlar. İndi isə yeni məlumata əsasən Apple şirkəti artırılmış reallıq (AR) cihazı üzərində çalışır və o, 2024-cü ildə satışa çıxa bilər. Bu barədə məlumatı Haitong Intl Tech Research şirkətinin analitiki Jeff Pu verib. Analitikin sözlərinə əsasən şirkət hal hazırda AR cihazın dizaynının hazırlanma mərhələsindədir. Gözləntilərə əsasən AR cihazın prototipi artıq bu ilin sonuna kimi hazır olacaq. Onun irimiqyaslı istehsalına isə 2024-cü ilin ikinci yarısında start verilməldiir.

    Məlumatda həmçinin qeyd edilib ki, cihaz AR Glass adını əldə edə bilər. Onun linzalarının isə Corning Hoya adlı şirkətlər tərəfindən istehsal ediləcəyi güman edilir. Qeyd etmək lazımdır ki, Apple şirkətinin qarışıq reallıq cihazı ya bu ilin sonunda ya da gələn ilin əvvəlində təqdim oluna bilər. Lakin şirkərtin AR cihazı barəsində məlumatlar yeni ortaya çıxıblar. Məlumatda qeyd edilib ki, sözügedən cihaz tamamilə artırılmış reallığı əhatə edəcək. Bu cür cihazın həqiqətən də 2024-cü ildə satışa çıxıb-çıxmayacağı bəlli deyil. Ola bilər ki, şirkət ilk bir neçə il ərzində yalnız qarışıq reallıq cihazına diqqət ayırsın və daha sonra artırılmış reallıq cihazına keçid etsin.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple AirPods Pro 2 qulaqlıqlarının render fotoları və yeni məlumatları təqdim e..

Vaxtı ikən AirPods 3 qulaqlıqlarının fotolarını təqdim etmiş 52audio saytı bu dəfə AirPods Pro 2 qul..


Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı gələn ilin əvvəlində satışa çı..

Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazının satış tarixi barəs..


ABŞ-da bakteriyalar əsasında yeni bioloji batareya yaradılıb

Nyu-York ştatında yerləşən Binhemton Universitetinin mütəxəssisləri bakteriyalar əsasında enerji bat..


Yaxın zamanda smartfonlar üçün 240 vatt gücündə sürətli şarj texnologiyası istif..

İnternet resursların verdikləri məlumata əsasən yaxın zamanda smartfonların batareyaları üçün nəzərd..


Huawei yeni naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib - QİYMƏTİ

Huawei şirkəti naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib.


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..

×