'Apple' yeni bahalı qulaqlıqlar üzərində çalışır

'Apple' yeni bahalı qulaqlıqlar üzərində çalışır

Texnologiya
06.03.2018 PAYLAŞIM

“Apple” şirkətinə yaxın olan mənbənin Bloomberg saytına verdiyi məlumata əsasən şirkət səs-küyü boğma və qatlanma özəlliklərinə sahib bahalı qulaqlıqlar üzərində çalışır.

    Beləliklə şirkət bazarda olan Bose və özünün sahibi olduğu Beats by Dre brendləri ilə rəqabət apara biləcək. Şirkət yeni qulaqlıqları ilin sonuna kimi satışa çıxartmağı planlaşdırır. Lakin onların təqdimatı daha tez bir zamanda baş verə bilər. Son illər ərzində “Apple” yeni qulaqlıqlar üzrə layihəni bir neçə dəfə dayandırmış və yenidən başlatmışdır. Bu cür hadisə həmçinin HomePod ağıllı səsgücləndiricisi ilə də baş vermişdi. Ehtimal var ki, şirkət yenidən bu layihəni təzdən başladacaq və ya onu tamamilə ləğv edəcək. Səs-küyü boğmaqdan əlavə olaraq qulaqlıqlar həmçinin AirPods-lardakı kimi sürətli şəkildə səs mənbəyinə qoşulma özəlliyinə də sahib olacaqlar.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..


Yeni daşınıla bilən cihaz yüksək dozada narkotik vasitənin qəbulu halında insan ..

Nalokson adlı dərman preparatı heroin və ya digər opioid növlərinin yüksək dozada qəbulu nəticəsində..


Qualcomm bundan sonra öz prosessorlarını fərqli tərzdə adlandıracaq

Qualcomm şirkəti yeni flaqman prosessorunun təqdimat tarixini təsdiqləməklə yanaşı öz məhsullarının ..


Amerikalı alimlər sümüklərə inteqrasiya edilən naqilsiz mikrokompüterlər yaradıb..

Arizona Universitetinin tədqiqatçıları naqilsiz ultranazik cihazlar yaradıblar.

×