Reklam
'Apple', yeni iPad Pro modelini təqdim etdi

'Apple', yeni iPad Pro modelini təqdim etdi

Texnologiya
06.06.2017 PAYLAŞIM

Yenilənmiş iMac və MacBook modellərindən başqa “Apple” şirkəti, WWDC 2017 tədbiri çərçivəsində yeni model iPad Pro-nu da təqdim etdi.

Yeni iPad Pro modelində ekran ölçüsünü 20% artıraraq şirkət, 10.5 inç-lik iPad Pro-nu əldə edib. Buna görə də mühəndislər yeni iPad Pro modelinin xarici görünüşündə bəzi dəyişikliklər ediblər. Belə ki, yeni iPad Pro-nun kənar çərçivələri daha nazik olub. Bununla belə cihazın çəkisi 450 qramm təşkil edir. Ekran ölçüsünün böyüdülməsi, tam həcmli klaviaturanın ekranda əks olunmasına və ayrıca klaviaturanın iPad-a qoşulmasına imkan verir. Yeni iPad Pro-nun ekranı, HDR video dəstəkli True Tone texnologiyası ilə çalışır. Bundan əlavə olaraq yeni iPad Pro-nun ekranı, ProMotion texnologiyasını da dəstəkləyir. Bu texnologiya 120 GHz tezlikli ekranın yenilənməsini təmin edir. Bunun sayəsində 10.5 inç-lik ekranda təsvirlər daha hamar görünür və Apple Pencil-dən istifadə zamanı yaşanan gecikmə cəmi 20 millisaniyə çəkir.


Təkmilləşdirilmiş ekrandan əlavə olaraq yeni iPad Pro modelində şirkətin ən güclü prosessoru A10X Fusion yer alır. Beləliklə mərkəzi prosessorun performansı 30%, qrafik prosessorun performansı isə 40% artıb. Texniki performans göstəricisinin artırılmasına baxmayaraq, 10 saatlıq avtonom rejimdə çalışmaq nəticəsi olduğu kimi qalıb. Qeyd etmək lazımdır ki, yeni iPad Pro, sürətli enerji yığma funksiyasını da dəstəkləyir. Planşetin kameraları iPhone 7-də olduğu kimidir. 4K videoçəkiliş, genişləndirilmiş rəng palitrası, optik stabilizasiya sistemli 12 MP-lik arxa kamera və genişləndirilmiş rəng palitrası, təsvirin avtomatik stabilizasiyası, ekran vasitəsilə işıqlandırma sistemli 7  MP-lik ön kamera. Yeni iPad Pro-nu artıq ön sifariş etmək olar. O, gələn həftə satışa çıxacaq. 64 GB-lıq daxili yaddaşa sahib model, 649$-a, 256 GB-lıq daxili yaddaşa sahib model, 749$-a, 512 GB-lıq daxili yaddaşa sahib model isə 949$-a satılacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple AirPods Pro 2 qulaqlıqlarının render fotoları və yeni məlumatları təqdim e..

Vaxtı ikən AirPods 3 qulaqlıqlarının fotolarını təqdim etmiş 52audio saytı bu dəfə AirPods Pro 2 qul..


Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı gələn ilin əvvəlində satışa çı..

Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazının satış tarixi barəs..


ABŞ-da bakteriyalar əsasında yeni bioloji batareya yaradılıb

Nyu-York ştatında yerləşən Binhemton Universitetinin mütəxəssisləri bakteriyalar əsasında enerji bat..


Yaxın zamanda smartfonlar üçün 240 vatt gücündə sürətli şarj texnologiyası istif..

İnternet resursların verdikləri məlumata əsasən yaxın zamanda smartfonların batareyaları üçün nəzərd..


Huawei yeni naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib - QİYMƏTİ

Huawei şirkəti naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib.


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..

×