Apple yeni iPhone'lar sayəsində heç olmadığı qədər daha çox pul qazanır

Apple yeni iPhone'lar sayəsində heç olmadığı qədər daha çox pul qazanır

Texnologiya
24.09.2018 PAYLAŞIM

    Bloomberg saytının verdiyi məlumata əsasən Apple şirkəti 512 GB daxili yaddaşa sahib hər bir iPhone modeli sayəsində 134$ daha çox vəsait əldə edir. Şirkət 512 GB daxili yaddaşa sahib modeli 64 GB daxili yaddaşa sahib modeldən 350$ baha qiymətə satır. Daxili yaddaşlar arasındakı maya dəyəri fərqi isə 132$ təşkil edir. Öz cihazlarında böyük yaddaş həcmi Apple şirkətinin satışları qaldırması üzrə bir strategiyadır və şirkət uzun illərdir ki, bu yolla gedir.

    Keçən ilki iPhone 8iPhone X modellərinin təqdimatından qabaq şirkət aralarında 100$ qiymət fərqi olan 3 versiyada smartfon modelləri təqdim edirdi. Alıcılar isə maksimal yaddaş həcmini əldə etmək üçün 200$ ödəməyə hazır oldular. Keçən il şirkət yalnız 64 və 256 GB daxili yaddaşa sahib smartfon modellərini təqdim etmişdi. Onlar arasında qiymət fərqi isə 150$ idi. Beləliklə Apple şirkəti 256 GB daxili yaddaşa sahib versiyanı seçmiş alıcıların hesabına 107 milyon dollar təmiz gəlir əldə etmişdi.

Bənzər xəbər


    Yeni iPhone modellərinə gəldikdə, 256 və 512 GB daxili yaddaş versiyaları arasındakı qiymət fərqi 200$ təşkil edir. Bu isə o deməkdir ki, bu il şirkət maksimal daxili yaddaş həcminə sahib smartfonlar hesabına heç olmadığı qədər daha çox vəsait əldə edir. Bloomberg həmçinin bildirib ki, bu il NAND flash yaddaşının qiyməti aşağı düşüb. Lakin şirkət öz smartfon qiymətlərini aşağı salmaqdan imtina edib. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×