main-post-cover

    'Apple' yeni iPhone modellərinin ekran ölçülərini böyüdəcək

    05.01.2018
    Farid Pardashunas
    Yaxın zaman ərzində gələcək iPhone modelləri üçün OLED matrisa istehsalı baxımından “Apple” ilə “LG” şirkəti arasında müqavilə bağlanacaq.
    Bu barədə Phonearena saytı xəbər verib. Bu məlumat hələ rəsmi olaraq təsdiqlənməsə də “LG” şirkəti daha əvvəllər bu barədə “Apple” ilə danışıqlar apardığını bildirmişdi. Müqavilə şərtlərinə əsasən bu ilin ikinci rübündə “LG” şirkəti “Apple” üçün 15-16 milyon ekran istehsal edəcək. Qalan ekran panellərini isə “Samsung” şirkəti istehsal edəcək. Lakin ən maraqlı məlumat “LG” şirkətinin istehsal edəcəyi ekran matrisalarının ölçüsüdür. Məlumata əsasən “LG” 6.5 inç-lik OLED panelləri, “Samsung” isə 5.8 inç və 6 inç ekran panellərini istehsal edəcək. Çox güman ki, bu ekranlar iPhone X ölçülərinə sahib olacaq iPhone 9iPhone 9 Plus üçün nəzərdə tutulub. Güman olunur ki, iPhone 9 Plus modeli şirkət tarixində ən böyük smartfon olacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər